image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17904003493210749934_1200x630

Azərbaycanın qarşısında yeni iqtisadi imkanlar açılır

image-legitimaz-810x90

Azərbaycanın qarşısında yeni iqtisadi imkanlar açılır

 

Dünyada iqtisadi münasibətlərin sürətlə dəyişdiyi bir vaxtda ölkələrin qarşısında yeni imkanlarla yanaşı, ciddi çağırışlar da yaranır. Belə bir şəraitdə iqtisadiyyatın dayanıqlı inkişaf etdirilməsi, yeni investisiyaların cəlb olunması və beynəlxalq əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan son illərdə böyük infrastruktur layihələri həyata keçirib. Dəmir yolları, avtomobil yolları, limanlar və hava nəqliyyatı sahəsində görülən işlər ölkənin regional bağlantı imkanlarını genişləndirib. Bu infrastruktur Azərbaycanın Avropa ilə Asiya arasında yükdaşımaların həyata keçirilməsində rolunu artırır. İqtisadiyyatın şaxələndirilməsi də qarşıda duran mühüm məsələlərdəndir. Prezidentin çıxışında qeyd edildiyi kimi, Azərbaycanın ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur. Bununla yanaşı, ixracda neft və qazın payının hələ də yüksək olması göstərir ki, qeyri-neft ixracının artırılması qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olaraq qalır. Bu baxımdan sənaye, kənd təsərrüfatı, qida emalı, logistika, turizm, rəqəmsal texnologiyalar, bərpaolunan enerji və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu sahələrə investisiyaların yönəldilməsi həm istehsalın artmasına, həm də yeni iş yerlərinin yaranmasına imkan verə bilər.

Azərbaycanın investisiya imkanları yalnız ölkə daxilindəki layihələrlə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri də yeni iqtisadi imkanlar yaradır. Burada yol, enerji, yaşayış, sənaye və digər infrastrukturun yaradılması gələcəkdə həmin ərazilərin iqtisadi dövriyyəyə daha fəal cəlb olunmasına şərait yarada bilər. Forumun nəticələri də investorların Azərbaycana marağının davam etdiyini göstərir.  Azərbaycan qarşıdakı dövrdə investisiyaları yalnız maliyyə vəsaiti kimi deyil, həm də yeni texnologiya, təcrübə və innovasiyaların ölkəyə gətirilməsi baxımından qiymətləndirir. Bu yanaşma yerli istehsalın inkişafına və Azərbaycan şirkətlərinin beynəlxalq dəyər zənirlərinə qoşulmasına imkan yarada bilər.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər göstərir ki, ölkənin qarşısında iqtisadi inkişaf üçün müxtəlif istiqamətlər üzrə imkanlar mövcuddur. Əsas vəzifə bu imkanlardan səmərəli istifadə etmək, qeyri-neft sektorunu genişləndirmək, investisiyaları artırmaq və müasir texnologiyaların tətbiqini sürətləndirməkdir. Beləliklə, Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində əsas diqqət yalnız mövcud resurslardan istifadəyə deyil, yeni iqtisadi sahələrin yaradılmasına, investisiyaların cəlb edilməsinə və ölkənin regional iqtisadi əlaqələrdə rolunun daha da artırılmasına yönəlir.

 

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki