image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17930840835741117786_1200x630

Azərbaycanın multikulturalizm ənənələri və beynəlxalq əməkdaşlıq

image-legitimaz-810x90

Azərbaycanın multikulturalizm ənənələri və beynəlxalq əməkdaşlıq

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri olub. Ölkədə mövcud olan multikulturalizm ənənələri, müxtəlif dini icmaların birgəyaşayış təcrübəsi və mədəni irsin qorunmasına göstərilən diqqət mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərin həyata keçirilməsi üçün mühüm zəmin yaradır.   Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın müxtəlif ölkələr və təşkilatlarla əməkdaşlıq əlaqələrinin inkişafına da imkan verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində müxtəlif dövlətlərin, beynəlxalq qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi ölkənin beynəlxalq humanitar əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhatəsini genişləndirir.

Azərbaycanın ev sahibliyi etdiyi bu forum müxtəlif mədəniyyətlərin nümayəndələri arasında ünsiyyətin inkişaf etdirilməsinə, humanitar əlaqələrin möhkəmlənməsinə və beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsinə şərait yaradır. Belə platformalar ölkələr arasında yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi əlaqələrin inkişafının vacibliyini ön plana çıxarır.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki