image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17830659781976632373

Azərbaycanın müasir avtomobil yolları, dəmir yolu infrastrukturu, beynəlxalq dəniz limanı və logistika imkanları region ölkələri üçün mühüm tranzit üstünlükləri yaradır

image-legitimaz-810x90

Azərbaycanın müasir avtomobil yolları, dəmir yolu infrastrukturu, beynəlxalq dəniz limanı və logistika imkanları region ölkələri üçün mühüm tranzit üstünlükləri yaradır

 

Cənubi Qafqaz regionunda uzun illər davam edən münaqişənin başa çatmasından sonra yeni geosiyasi reallıq formalaşıb. Bu yeni mərhələdə əsas məqsəd əldə olunmuş hərbi-siyasi nəticələri davamlı sülhə çevirmək, regionda etimadı gücləndirmək və əməkdaşlıq üçün əlverişli mühit yaratmaqdır. Azərbaycan Respublikası bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək təkcə siyasi bəyanatlarla kifayətlənmədiyini, eyni zamanda konkret praktiki addımlar atdığını nümayiş etdirir. Bu yanaşma ölkəmizin regionda uzunmüddətli sabitlik və qarşılıqlı əməkdaşlıq niyyətinin real təzahürü kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, sülh yalnız imzalanacaq sənədlərlə deyil, insanların gündəlik həyatında hiss olunmalıdır. Davamlı sülhün əsas göstəricisi məhz insanların təhlükəsizlik şəraitində yaşaması, iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı etimadın formalaşması və region dövlətləri arasında normal münasibətlərin qurulmasıdır. Bu baxımdan Azərbaycanın son dövrlərdə həyata keçirdiyi birtərəfli humanitar və iqtisadi addımlar xüsusi əhəmiyyət daşıyır.Uzun illər ərzində Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlaması səbəbindən iki ölkə arasında nəqliyyat və iqtisadi əlaqələr faktiki olaraq dayandırılmışdı. İşğal faktı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olmaqla yanaşı, regionun iqtisadi inkişafına və əməkdaşlıq imkanlarına da ciddi zərbə vurmuşdu. Bu səbəbdən Azərbaycanın tətbiq etdiyi məhdudiyyətlər beynəlxalq hüquqa və ölkənin milli təhlükəsizlik maraqlarına əsaslanırdı.Lakin regionda yaranmış yeni vəziyyət fonunda Azərbaycan konstruktiv mövqe nümayiş etdirərək mühüm humanitar və iqtisadi addımlar atmağa başladı.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranziti ilə bağlı mövcud bütün məhdudiyyətləri aradan qaldırıb. Bu qərar regionda iqtisadi əlaqələrin normallaşmasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilir.Tranzit imkanlarının genişləndirilməsi yalnız iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi potensialının artırılmasına da xidmət edir. Azərbaycanın müasir avtomobil yolları, dəmir yolu infrastrukturu, beynəlxalq dəniz limanı və logistika imkanları region ölkələri üçün mühüm tranzit üstünlükləri yaradır. Bu imkanlardan səmərəli istifadə olunması beynəlxalq yükdaşımaların sürətlənməsinə, logistika xərclərinin azalmasına və regional ticarətin genişlənməsinə şərait yarada bilər.Azərbaycanın atdığı mühüm addımlardan biri də Ermənistana enerji daşıyıcılarının, xüsusilə benzin və dizel yanacağının təchizatına başlamasıdır. Müasir dövrdə enerji resursları istənilən ölkənin iqtisadi sabitliyinin əsas elementlərindən biridir. Yanacaq təminatı nəqliyyatın, sənayenin, kənd təsərrüfatının və digər strateji sahələrin fasiləsiz fəaliyyətində mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi yanacaq təchizatı humanitar və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur.Qlobal geosiyasi proseslər fonunda enerji təhlükəsizliyi məsələsi əvvəlki dövrlərlə müqayisədə daha böyük əhəmiyyət kəsb edir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki