image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1724406262_35144ef56ed76a5d33a556e1a71d2140

Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir

image-legitimaz-810x90

Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti hər bir görüş və səfər zamanı ölkəmizin milli maraqlarını, dövlət siyasətinin əsas prioritetlərini və Azərbaycan–Özbəkistan əməkdaşlığının inkişaf perspektivlərini yüksək səviyyədə ifadə edir. Bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik imkanlarının artmasının, eyni zamanda Özbəkistanla strateji tərəfdaşlığın daha da möhkəmlənməsinin mühüm göstəricilərindən biridir. İki müstəqil və suveren dövlət arasında münasibətlərin inkişafında qarşılıqlı hörmət və etimad əsas amillərdən biridir. Azərbaycan və Özbəkistan bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, qarşılıqlı münasibətlərdə milli maraqları və bərabərhüquqlu əməkdaşlığı əsas prinsip kimi qəbul edirlər. Bu yanaşma dövlətlər arasında siyasi dialoqun sağlam və möhkəm əsaslar üzərində inkişafına şərait yaradır. Qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər zamanı siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticarət, enerji, nəqliyyat, logistika, investisiya, kənd təsərrüfatı, sənaye, turizm, təhsil, mədəniyyət və humanitar sahələr üzrə əməkdaşlıq məsələləri də geniş müzakirə olunur. Hər iki ölkənin malik olduğu iqtisadi potensialın daha səmərəli şəkildə reallaşdırılması, qarşılıqlı ticarətin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindəndir.

Azərbaycanın əlverişli geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Özbəkistan üçün də mühüm əməkdaşlıq imkanları yaradır. Xüsusilə Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarından səmərəli istifadə olunması və Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafı hər iki dövlət üçün böyük əhəmiyyət daşıyır. Dövlət başçılarının görüşləri bu istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsinə və konkret layihələrin həyata keçirilməsinə mühüm təkan verir. Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlığın inkişafı yüksək səviyyəli siyasi münasibətlərə əsaslanır. Qarşılıqlı səfərlər zamanı keçirilən biznes forumları, sahibkarlar arasında görüşlər və imzalanan əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin iqtisadi əsaslarının genişlənməsinə şərait yaradır. İnvestisiya, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən birgə layihələr iki ölkənin qarşılıqlı maraqlarına xidmət edir. Dövlət başçılarının görüşləri və qarşılıqlı səfərləri humanitar əməkdaşlığın inkişafına da mühüm təsir göstərir. Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarixi köklər, türk dünyasına mənsubiyyət, dil və mədəni dəyərlər birləşdirir. Təhsil, elm, mədəniyyət və gənclər sahələrində əməkdaşlığın genişlənməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və qardaşlıq münasibətlərinin gələcək nəsillər arasında möhkəmlənməsinə xidmət edir.

Dərya Əhmədova – Zərdab rayon Şıxbağı kənd tam orta ümumutəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki