image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_1783074284

Azərbaycanın beynəlxalq nüfuzu təkcə enerji ehtiyatları ilə deyil, həm də verdiyi öhdəliklərə sadiqliyi ilə ölçülür

image-legitimaz-810x90

Azərbaycanın beynəlxalq nüfuzu təkcə enerji ehtiyatları ilə deyil, həm də verdiyi öhdəliklərə sadiqliyi ilə ölçülür.

 

Hazırda Avropa İttifaqının on üzv dövləti Azərbaycan qazından istifadə edir. Bu ölkələr üçün Azərbaycan sabit, etibarlı və uzunmüddətli enerji təchizatçısı kimi çıxış edir. Ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, bu coğrafiyanın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Yeni qaz infrastrukturunun yaradılması, mövcud kəmərlərin ötürücülük qabiliyyətinin artırılması və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq.Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri təkcə təbii qaz ixracını artırmaq deyil, həm də enerji mənbələrinin şaxələndirilməsini təmin etməkdir.

Ölkəmiz artıq yaşıl enerji sahəsində də genişmiqyaslı layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi, Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması Azərbaycanın gələcək enerji siyasətinin əsas istiqamətlərindəndir.Yaşıl enerji sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Avropa ölkələri karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində ciddi hədəflər müəyyənləşdiriblər. Azərbaycan da bu prosesdə fəal iştirak etməklə özünün enerji ixracatçısı statusunu daha da gücləndirir və yeni əməkdaşlıq imkanları yaradır.Enerji əməkdaşlığı ilə yanaşı, nəqliyyat və logistika sahəsində də Azərbaycan Avropa üçün mühüm tərəfdaşa çevrilib.

Şərqlə Qərbi birləşdirən Orta Dəhliz marşrutu beynəlxalq yükdaşımaların təhlükəsiz və sürətli həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolları və avtomobil magistralları regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu da ölkəmizin geostrateji əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın beynəlxalq nüfuzu təkcə enerji ehtiyatları ilə deyil, həm də verdiyi öhdəliklərə sadiqliyi ilə ölçülür. Ölkəmiz uzun illər ərzində tərəfdaşları qarşısında bütün müqavilə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirib. Bu amil Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə qazandığı nüfuzun əsas səbəblərindən biridir.

Avropa İttifaqı ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri olaraq qalır. Qarşılıqlı faydalı əməkdaşlıq modeli həm iqtisadi inkişafı sürətləndirir, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad və etibarlı tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq Avropa İttifaqı ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.Bütün bunlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış strateji tərəfdaşlıq təkcə bugünkü iqtisadi maraqlara deyil, həm də uzunmüddətli inkişaf perspektivlərinə hesablanmış əməkdaşlıq modelidir. Ticarət dövriyyəsinin artması, enerji sahəsində uğurlu layihələrin həyata keçirilməsi, təbii qaz ixracının genişlənməsi və yaşıl enerji istiqamətində yeni təşəbbüslər bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir.Azərbaycan bundan sonra da etibarlı enerji təchizatçısı və məsuliyyətli beynəlxalq tərəfdaş kimi fəaliyyətini davam etdirəcək.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki