image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17839212984779315725_1200x630_1783930887_1784023695

Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir

image-legitimaz-810x90

Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.

 

Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq dialoq və fikir mübadiləsinin mühüm məkanlarından birinə çevrilib. IV Şuşa Qlobal Media Forumunun məhz bu şəhərdə keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, bölgədə formalaşan yeni reallıqların və ölkəmizin açıq informasiya siyasətinin mühüm göstəricisidir. Forum çərçivəsində Prezident İlham Əliyevin söylədiyi “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir” fikri tədbirin mahiyyətini və Şuşanın daşıdığı siyasi-mənəvi əhəmiyyəti dolğun şəkildə ifadə edir.

Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, ekspertlərin və jurnalistlərin iştirakı ilə keçirilən forum informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə medianın məsuliyyəti və sülh quruculuğunda informasiya siyasətinin rolu kimi aktual mövzuların müzakirəsi üçün geniş imkan yaratdı. Şuşanın belə nüfuzlu beynəlxalq platformaya ev sahibliyi etməsi şəhərin işğaldan azad olunmasından sonra qısa müddətdə qazandığı inkişafın və beynəlxalq əhəmiyyətinin real göstəricisidir.

Prezident İlham Əliyev çıxışında forumun əsas məqsədinin müxtəlif ölkələrdən gələn media nümayəndələri arasında açıq dialoqu təşviq etmək, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini yerində nümayiş etdirmək, eləcə də bölgə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün etibarlı informasiya mühiti formalaşdırmaq olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, qonaqlar Qarabağda həyata keçirilən quruculuq prosesini öz gözləri ilə görərək obyektiv fikir formalaşdırmaq imkanı əldə edirlər.

Forumun Şuşada keçirilməsi həm də mühüm siyasi mesaj daşıyır. Uzun illər işğal altında qalmış şəhər bu gün beynəlxalq tədbirlərin, mədəni layihələrin və qlobal dialoqun ünvanına çevrilib. Bu dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgədə yaradılan yeni inkişaf modelinin praktik nəticəsidir. Şuşaya gələn hər bir xarici qonaq burada aparılan bərpa-quruculuq işlərini, müasir infrastruktur layihələrini və tarixi-mədəni irsin bərpasını yaxından müşahidə edir. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlığa, açıq dialoqa və etibarlı informasiya mühitinin formalaşdırılmasına verdiyi önəmi bir daha nümayiş etdirdi. Dövlət başçısının fikirlərində medianın yalnız informasiya yayan vasitə deyil, eyni zamanda xalqlar arasında etimadın möhkəmlənməsinə, sülhün təşviqinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm institut olduğu xüsusi vurğulandı.

IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa artıq təkcə tarixi keçmişi ilə deyil, həm də gələcəyə yönəlmiş beynəlxalq təşəbbüslərin mərkəzi kimi tanınır. Buradan verilən mesajlar regional sərhədləri aşaraq qlobal informasiya məkanına yayılır. Prezident İlham Əliyevin “Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir” fikri isə Azərbaycanın qonaqpərvərliyini, özünəinamını və beynəlxalq əməkdaşlığa sadiqliyini əks etdirən mühüm siyasi mesaj kimi yadda qalır.

 

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki