image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-5

Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə həyata  keçirilən layihələr öz real nəticələrini verir

image-legitimaz-810x90

Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə həyata  keçirilən layihələr öz real nəticələrini verir

Son illər ərzində Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu sahədə görülən işlər arasında soyuducu anbarların yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, ölkədə artıq 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb və gələcəkdə bu göstəricinin daha da artırılması nəzərdə tutulur. Soyuducu anbarlar kənd təsərrüfatı məhsullarının uzun müddət keyfiyyətini itirmədən saxlanılması üçün vacib infrastrukturdur. Əvvəllər bir çox fermerlər məhsulu vaxtında sata bilmədiyi üçün zərərə düşürdülər. Meyvə-tərəvəz tez xarab olur, bazarda qiymətlər aşağı düşəndə isə məhsulu saxlamaq imkanı olmadığından itkilər yaranırdı. İndi isə müasir soyuducu anbarlar fermerlərə imkan verir ki, məhsulu münasib vaxtadək saxlasın və bazara daha sərfəli dövrdə çıxarsınlar.

Bu anbarların yaradılması xüsusilə regionlarda kənd təsərrüfatının inkişafına böyük dəstək verib. Azərbaycanda yetişdirilən alma, nar, üzüm, xurma, kartof və digər məhsullar artıq daha uzun müddət saxlanılır. Bu isə həm daxili bazarın təmin olunmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Xarici ölkələrə məhsul göndərilməsi üçün keyfiyyətin qorunması vacibdir və soyuducu anbarlar bu baxımdan mühüm rol oynayır.Dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlər də bu sahənin inkişafına ciddi təkan verib. Prezident qeyd edib ki, yaradılan soyuducu anbarların böyük əksəriyyəti güzəştli və azfaizli kreditlər hesabına tikilib. Bu, onu göstərir ki, dövlət kənd təsərrüfatı ilə məşğul olan insanlara real dəstək verir və onların fəaliyyətini genişləndirmək üçün imkan yaradır.

Soyuducu anbarların tikilməsi yalnız məhsulun saxlanılması ilə məhdudlaşmır. Bu obyektlər yeni iş yerlərinin açılmasına da səbəb olur. Regionlarda yaşayan insanlar üçün əlavə məşğulluq yaranır, kənd yerlərində iqtisadi fəallıq artır. Fermerlər məhsullarını itirmədikləri üçün daha çox qazanc əldə edir, bu da kənd əhalisinin rifahına müsbət təsir göstərir. Bu gün Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir texnologiyaların tətbiqi, aqroparkların yaradılması, subsidiyaların verilməsi və soyuducu anbarların tikilməsi kənd təsərrüfatının inkişafını sürətləndirir. Xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından belə infrastruktur layihələrinin əhəmiyyəti böyükdür. Prezident İlham Əliyev bildirib ki, hazırda mövcud 400 min tonluq tutum kifayət deyil və gələcəkdə soyuducu anbarların ümumi tutumu 500 min tona çatdırılmalıdır. Bunun üçün əlavə 100 min ton tutumlu yeni soyuducu anbarların yaradılması planlaşdırılır. Bu isə kənd təsərrüfatının gələcək inkişafı üçün mühüm perspektivlər açır.

Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən layihələr öz real nəticələrini verir. Soyuducu anbarların yaradılması fermerlərin işini asanlaşdırır, məhsul itkisini azaldır, ixrac imkanlarını artırır və ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Bu sahədə görülən işlər gələcək illərdə də kənd təsərrüfatının daha da güclənəcəyini göstərir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki