image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4a3a2fe01d868c6c

Azərbaycan xalqı heç vaxt başqa xalqların torpaqlarına göz dikməyib

image-legitimaz-810x90

Azərbaycan xalqı heç vaxt başqa xalqların torpaqlarına göz dikməyib

 

Xalqımızın əsas arzusu öz torpağında rahat, təhlükəsiz və firavan yaşamaqdır. Bu baxımdan Azərbaycan üçün sülh həm də insanların normal həyat şəraitinin təmin edilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və gələcək nəsillərin müharibə təhlükəsindən uzaq böyüməsi deməkdir.

Bu gün əsas vəzifələrdən biri əldə edilmiş nəticələri qorumaq, bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına çalışmaqdır. Azərbaycan xalqı müharibənin ağrılarını yaşadığı üçün sülhün dəyərini də yaxşı bilir. Ona görə də ölkəmizin gələcəyi üçün ən vacib məsələlərdən biri sabitliyin qorunması və yeni qarşıdurmalara yol verilməməsidir.

Azərbaycan xalqının tolerantlığı və sülhsevərliyi zəiflik deyil. Əksinə, bu xüsusiyyətlər xalqımızın böyük tarixi və mənəvi dəyərlərindən biridir. Lakin sülhə çağırışla yanaşı, dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması da hər bir dövlət üçün təbii hüquqdur.

Bu gün Azərbaycanın əsas məqsədi müharibədən sonrakı dövrdə quruculuq işlərini davam etdirmək, azad edilmiş əraziləri dirçəltmək, insanların öz doğma yurdlarına qayıdışını təmin etmək və regionda uzunmüddətli sülhün möhkəmlənməsinə töhfə verməkdir.

Tarixin verdiyi ən böyük dərslərdən biri budur: sülhə dəyər vermək lazımdır. Çünki müharibənin nəticələrini ilk növbədə sadə insanlar yaşayır. Evlər dağılır, ailələr ayrılır, insanlar öz doğma yerlərindən uzaq düşür, gələcək nəsillərin həyatına uzun illər təsir edən problemlər yaranır. Buna görə də Azərbaycan xalqının sülhə və sabitliyə üstünlük verməsi tamamilə təbiidir.

Sülhsevər və tolerant Azərbaycan xalqının istəyi aydındır: ölkəmizdə əmin-amanlıq olsun, insanlar təhlükəsiz yaşasın, uşaqlar müharibə səsi eşitmədən böyüsün, dağıdılmış torpaqlar yenidən çiçəklənsin və region xalqları gələcəyə birlikdə baxa bilsinlər. Bunun üçün isə qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl olunması və dövlətlərin bir-birinin suverenliyinə hörmət etməsi əsas şərtlərdəndir.

Azərbaycan xalqı müharibənin nə qədər ağır nəticələr doğurduğunu yaxşı bilir. Şəhid ailələrinin yaşadığı ağrı, qazilərimizin keçdiyi çətin yol, dağıdılmış şəhər və kəndlər, mina təhlükəsi və uzun illər doğma torpaqlardan uzaqda yaşamaq insanların yaddaşındadır. Buna görə də xalqımız sülhün və sabitliyin qiymətini yaxşı anlayır. Eyni zamanda, tarix göstərdi ki, sülhə olan inam qarşı tərəfin hərbi təxribatları ilə daim sınağa çəkildikdə cəmiyyətin səbrinin də bir həddi olur. Azərbaycan xalqının “səbir kasasına” son qoyan hərbi təxribatlar ölkənin özünümüdafiə hüququnu həyata keçirməsinə gətirib çıxardı. Bu proses Azərbaycan cəmiyyətində dövlətin təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi barədə ümumi mövqenin formalaşmasına səbəb oldu.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki