image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1791454199975955967_1200x630

Azərbaycan və Türkmənistan Xəzər dənizinin imkanlarından sülh və əməkdaşlıq məqsədləri üçün istifadə olunmasında maraqlıdırlar

image-legitimaz-810x90

Azərbaycan və Türkmənistan Xəzər dənizinin imkanlarından sülh və əməkdaşlıq məqsədləri üçün istifadə olunmasında maraqlıdırlar

 

Türkmənistan da Mərkəzi Asiyanın mühüm nəqliyyat mərkəzlərindən biridir. Bu baxımdan Azərbaycan və Türkmənistan arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi region ölkələri üçün yeni imkanlar yaradır. Xəzər dənizi üzərindən həyata keçirilən daşımaların genişləndirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantıya çevirir. Orta Dəhlizin inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən bu marşrutun imkanlarının artırılması həm yükdaşımaların sürətlənməsinə, həm də region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaradır. Azərbaycan və Türkmənistanın bu istiqamətdə əməkdaşlığı nəqliyyat və logistika sahəsində yeni imkanların yaranmasına səbəb ola bilər. Xəzər dənizi Azərbaycan-Türkmənistan münasibətlərində xüsusi yer tutur. Xəzər yalnız iki ölkəni ayıran su hövzəsi deyil, eyni zamanda onları birləşdirən mühüm əməkdaşlıq məkanıdır. Xəzər üzərindən yük və nəqliyyat əlaqələrinin inkişafı iki ölkənin iqtisadi münasibətlərinin daha da genişlənməsinə xidmət edir.

Azərbaycan və Türkmənistan Xəzər dənizinin imkanlarından sülh və əməkdaşlıq məqsədləri üçün istifadə olunmasında maraqlıdırlar. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi də bu baxımdan mühüm addım olub. Xəzəryanı dövlətlərin qarşılıqlı razılaşmaları regionda əməkdaşlıq üçün daha əlverişli şərait yaradıb. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi də qarşılıqlı maraq doğurur. Azərbaycan və Türkmənistan arasında müxtəlif məhsulların idxal və ixracının artırılması üçün imkanlar mövcuddur. Qarşılıqlı ticarətin genişləndirilməsi yeni müəssisələrin yaradılmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına müsbət təsir göstərə bilər. Əməkdaşlığın perspektivli istiqamətlərindən biri də kənd təsərrüfatıdır. Hər iki ölkədə kənd təsərrüfatının iqtisadiyyatda mühüm rolu var. Bu sahədə təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi, suvarma və meliorasiya sahəsində əməkdaşlıq qarşılıqlı faydalı nəticələr verə bilər.

Humanitar əlaqələr də Azərbaycan-Türkmənistan münasibətlərinin mühüm hissəsidir. Xalqlarımızın ortaq mədəni və tarixi irsi bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Elm, təhsil, mədəniyyət, incəsənət və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi gənc nəsillərin bir-birini daha yaxından tanımasına imkan verir. Azərbaycan və Türkmənistanın mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. Ortaq tarixi və milli-mənəvi dəyərlərin təbliği xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Müxtəlif mədəni tədbirlərin, sərgilərin, forumların və qarşılıqlı səfərlərin keçirilməsi bu əlaqələri daha da gücləndirir. Türk dünyasının birliyi və əməkdaşlığının gücləndirilməsi baxımından da Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı mühüm əhəmiyyət daşıyır. Azərbaycan türk dövlətləri arasında əlaqələrin genişlənməsinə böyük önəm verir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal siyasəti də bu məqsədə xidmət edir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki