image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1724406264_f9187f4c3f0daaae7d81b141836ffd02

Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır

image-legitimaz-810x90

İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi potensialının və strateji coğrafi mövqeyinin beynəlxalq əməkdaşlıq imkanlarına çevrilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr ölkəmizin dost və qardaş dövlətlərlə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və dostluq münasibətləri iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan və Özbəkistan arasında mövcud olan münasibətlər yalnız siyasi əməkdaşlıqla məhdudlaşmır. Xalqlarımızı ortaq tarixi köklər, türk dünyasına mənsubiyyət, oxşar mədəni və mənəvi dəyərlər, qarşılıqlı hörmət və qardaşlıq əlaqələri birləşdirir. Bu baxımdan iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətləri təbii müttəfiqlik xarakteri daşıyır və uzunmüddətli ortaq maraqlara əsaslanır. Xüsusilə nəqliyyat və logistika sahəsində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq böyük perspektivlərə malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi rolu Özbəkistan üçün də yeni imkanlar yaradır. Dövlət başçılarının qarşılıqlı görüşləri və səfərləri çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması, logistika imkanlarının genişləndirilməsi və Mərkəzi Asiya ilə Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi mühüm müzakirə mövzularından biridir. Azərbaycanın Şərq-Qərb nəqliyyat istiqamətində fəal iştirakı, xüsusilə Orta Dəhlizin inkişafı, Özbəkistan üçün beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın gücləndirilməsi yalnız iki dövlətin iqtisadi maraqlarına deyil, həm də bütövlükdə regionda ticarət və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Dövlət başçılarının siyasi iradəsi bu imkanların daha səmərəli şəkildə reallaşdırılması üçün mühüm amildir.

Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasətdə enerji təhlükəsizliyi və enerji əməkdaşlığı da mühüm yer tutur. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz qazanması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin mühüm nəticələrindən biridir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın inkişafı, xüsusilə alternativ və bərpa olunan enerji istiqamətində yeni imkanların araşdırılması, iki ölkənin iqtisadi və strateji maraqlarına uyğundur. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunması iki ölkə arasında qarşılıqlı maraqların daha da gücləndirilməsinə xidmət edir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, tekstil, avtomobil sənayesi və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindəndir. Yüksək səviyyəli siyasi münasibətlər biznes və sahibkarlıq dairələri arasında əlaqələrin genişlənməsinə də əlverişli şərait yaradır. Dövlət başçılarının görüşləri çərçivəsində keçirilən biznes forumları, sahibkarlar arasında əlaqələrin inkişafı və yeni investisiya layihələrinin müzakirəsi iqtisadi əməkdaşlığın daha praktik və nəticəyönümlü xarakter almasına imkan verir. Siyasi etimadın yüksək səviyyədə olması isə uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsi üçün mühüm təminatdır.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki