Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlıq müxtəlif sahələr üzrə qarşılıqlı maraqlara əsaslanır və bu əməkdaşlığın dayanıqlılığı strateji tərəfdaşlıq səviyyəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlər son illərdə məhz bu istiqamətdə inkişaf edərək nümunəvi əməkdaşlıq modelinə çevrilmişdir. Xüsusilə 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamələr bu münasibətlərin hüquqi və siyasi əsasını formalaşdırmışdır. 2026-cı il mayın 4-də İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri və bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanat iki ölkə arasında mövcud münasibətlərin real vəziyyətini və perspektivlərini bir daha aydın şəkildə ortaya qoymuşdur. Azərbaycan və İtaliya arasında siyasi münasibətlər yüksək səviyyədə inkişaf etmişdir. Dövlət başçıları və hökumət nümayəndələri arasında müntəzəm görüşlər və dialoq bu münasibətlərin davamlılığını təmin edir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Ticarət dövriyyəsinin yüksək səviyyədə olması iki ölkə arasında iqtisadi əlaqələrin güclü olduğunu sübut edir. Enerji sahəsi Azərbaycan–İtaliya münasibətlərinin əsas istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmizdən Avropaya ixrac olunan qaz hasilatında İtaliya bazarı xüsusi paya malikdir. Hərbi-texniki əməkdaşlıq və yeni perspektivlər baxımından da iki ölkə arasında surətli əlaqələr qurulmuş və bu əlaqələr dinamik şəkildə davam etməkdədir. Biznes mühiti və regional inkişaf iki ölkə arasında olan əlaqələrdə xüsusi yerə malikdir. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti geniş miqyas almışdır. Bu şirkətlər müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Ölkəmizdə olan imkanlar, təhlükəsizlik mühiti bu şirkətlərin inkişafına xüsusi töhvə verir. Təhsil və humanitar əməkdaşlıq hər iki ölkə arasında olan qarşılıqlı etimadın bariz nümunəsidir və Bakıda açılan İtaliya–Azərbaycan Universiteti bu əməkdaşlığın mühüm nəticələrindən biridir. Azərbaycan və İtaliya arasında münasibətlər çoxşaxəli və dinamik xarakter daşıyır və gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir.
- Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov





















