image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1552787

Azərbaycan və Ermənistan arasında sülh və ticarət münasibətlərinin inkişafı

image-legitimaz-810x90

Azərbaycan və Ermənistan arasında sülh və ticarət münasibətlərinin inkişafı

 

2026-cı ilin may ayında Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək bölgədə sülhün möhkəmlənməsi və Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı mühüm yenilikləri diqqətə çatdırdı. Prezidentin sözlərinə görə, ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan liderləri Birgə Bəyannamə imzalayaraq sülhün əldə olunması istiqamətində tarixi addım atdılar. ABŞ-ın sabiq prezidenti Tramp imzanın şahidi kimi iştirak etdi, xarici işlər nazirləri isə sülh sazişinin mətnini parafladılar.

Bu tarixi addımın nəticəsi olaraq, Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistan üzərinə tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. Nəticədə, Azərbaycan ərazisi vasitəsilə indiyə qədər Ermənistana 28 min ton yük çatdırılıb. Bu göstərici regionda sülh və əməkdaşlığın gücləndiyinə dair mühüm sübutdur.

Bundan əlavə, Azərbaycan daha irəli addım ataraq öz neft məhsullarını — benzin və dizeli — Ermənistana ixrac etməyə başladı. Bu, ticarət əlaqələrinin başlanğıcını göstərir. Artıq indiyə qədər 12 min ton neft məhsulu Ermənistan bazarına çatdırılıb. Bu inkişaflar Azərbaycan və Ermənistan arasında iqtisadi və humanitar əlaqələrin normallaşması üçün geniş imkanlar açır və regionda davamlı sülhün bərqərar olmasına xidmət edir.

Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə müşahidə olunan irəliləyişlər yalnız yük daşımaları və ticarətlə məhdudlaşmır; bu, həm də qarşılıqlı etimadın artması, sülhün möhkəmlənməsi və regional sabitliyin təmin edilməsi üçün mühüm zəmin yaradır. Bu tarixdən sonra bölgədə əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki