image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17914541993297052703_1200x630

Azərbaycan-Türkmənistan əməkdaşlığında nəqliyyat və tranzit məsələləri də xüsusi yer tutur

image-legitimaz-810x90

Azərbaycan-Türkmənistan əməkdaşlığında nəqliyyat və tranzit məsələləri də xüsusi yer tutur

 

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi, mədəni və mənəvi yaxınlığa əsaslanan bu əlaqələr bu gün qarşılıqlı hörmət, etimad və faydalı əməkdaşlıq prinsipləri əsasında daha da möhkəmlənir. Xəzər dənizi ilə bir-birinə yaxın olan Azərbaycan və Türkmənistanın həm ikitərəfli, həm də regional məsələlərdə əməkdaşlıq üçün geniş imkanları mövcuddur. Azərbaycan və Türkmənistan xalqları eyni köklərə, ortaq tarixi-mədəni dəyərlərə və zəngin mənəvi irsə malikdirlər. Bu yaxınlıq dövlətlərarası münasibətlərin inkişafı üçün mühüm əsas yaradır. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi yalnız siyasi və iqtisadi əlaqələrin genişlənməsi deyil, eyni zamanda xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsi deməkdir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Türkmənistanla münasibətlər də bu siyasətin mühüm istiqamətlərindən biridir. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edir.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında siyasi dialoq mühüm rol oynayır. Ölkələrimiz beynəlxalq və regional məsələlər üzrə bir-birinin mövqelərinə hörmətlə yanaşır, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparırlar. Bu əməkdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə də müsbət təsir göstərir. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar var. Azərbaycan və Türkmənistan zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyə və mühüm nəqliyyat imkanlarına malik ölkələrdir. Bu amillər iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradır. Xüsusilə enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Xəzər dənizinin hər iki sahilində yerləşən Azərbaycan və Türkmənistan enerji resursları baxımından regionun mühüm dövlətlərindəndir. Ölkələr arasında enerji sahəsində əməkdaşlığın inkişafı həm dövlətlərin iqtisadi maraqlarına, həm də regionun enerji təhlükəsizliyinə xidmət edir.

Azərbaycanın enerji sahəsində qazandığı təcrübə və yaratdığı infrastruktur imkanları Türkmənistanla əməkdaşlığın inkişafı üçün əlavə imkanlar açır. Bununla yanaşı, Türkmənistanın zəngin enerji ehtiyatları və Azərbaycanın əlverişli tranzit imkanları bir-birini tamamlayır. Bu baxımdan iki ölkə arasında enerji sahəsində yeni layihələrin həyata keçirilməsi gələcək üçün böyük perspektivlər vəd edir. Azərbaycan-Türkmənistan əməkdaşlığında nəqliyyat və tranzit məsələləri də xüsusi yer tutur. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu ölkəmizin Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və digər infrastruktur layihələri Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki