image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-astana

Azərbaycan sülh və əməkdaşlıq mesajlarını Avropa platformasında bir daha səsləndirdi

image-legitimaz-810x90

Azərbaycan sülh və əməkdaşlıq mesajlarını Avropa platformasında bir daha səsləndirdi

“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı Avropa ölkələri arasında siyasi dialoqun və əməkdaşlığın gücləndirildiyi mühüm beynəlxalq platformalardan biridir. Bu toplantıda Azərbaycan da fəal şəkildə təmsil olunub. Prezident cənab İlham Əliyev videobağlantı formatında çıxış edərək ölkəmizin mövqeyini və regionla bağlı baxışlarını iştirakçıların diqqətinə çatdırıb. Dövlət başçısı çıxışında Azərbaycanın regionda sülhün möhkəmlənməsinə xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, sabitlik və təhlükəsizlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Buna görə də Azərbaycan uzunmüddətli sülhün formalaşması üçün ardıcıl şəkildə təşəbbüslər irəli sürür və dialoqu əsas yol kimi görür. Çıxış zamanı Prezident həmçinin bəzi qüvvələrin sülh prosesini ləngitmək cəhdlərinə baxmayaraq, Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilmədiyini bildirib. O, regionda yeni qarşıdurmaların deyil, əməkdaşlığın və qarşılıqlı fayda verən münasibətlərin vacibliyini xüsusi vurğulayıb. Toplantıda müzakirə olunan məsələlərdən biri də Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi olub. Azərbaycan bu istiqamətdə mühüm tranzit ölkə kimi çıxış edir və yeni enerji layihələri, dəhlizlər və logistika imkanlarının inkişafında aktiv rol oynayır.

Qeyd edək ki, Prezidentin çıxışı Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda bu cür çıxışlar region ölkələri arasında etimadın artırılması və gələcək əməkdaşlıq üçün yeni imkanların açılması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycanın bu Zirvə toplantısında səsləndirdiyi mesajlar bir daha göstərir ki, ölkə həm regional sabitlik, həm də beynəlxalq əməkdaşlıq proseslərində aktiv və məsuliyyətli iştirakçı kimi çıxış edir

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki