image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1785482024381575796_1200x630

Azərbaycan son illərdə Türk dövlətləri ilə əlaqələrini ardıcıl şəkildə gücləndirir

image-legitimaz-810x90

Azərbaycan son illərdə Türk dövlətləri ilə əlaqələrini ardıcıl şəkildə gücləndirir

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarovun Çolpon-Ata şəhərində keçirilən görüşü iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı hesab olunur. Görüş zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə, həmçinin nəqliyyat, energetika, investisiya və rəqəmsal inkişaf sahələrini əhatə edən bir sıra vacib sənədlər imzalanıb. Xüsusilə Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara qaldırılması göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Azərbaycan son illərdə Türk dövlətləri ilə əlaqələrini ardıcıl şəkildə gücləndirir. Türkiyə, Qazaxıstan və Özbəkistanla olduğu kimi, indi Qırğızıstanla da müttəfiqlik münasibətlərinin qurulması ölkəmizin Türk dünyasında rolunu daha da artırır. Bu, Prezident İlham Əliyevin Türk dünyasının birliyinə verdiyi önəmin praktik nəticəsi kimi qiymətləndirilə bilər.

Son illərdə dünyada baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış yollarını daha da ön plana çıxarıb. Bu baxımdan Azərbaycan mühüm tranzit ölkədir. Orta Dəhliz vasitəsilə yüklər Mərkəzi Asiyadan Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına daha rahat çatdırılır. Bu marşrut Qırğızıstan üçün də böyük əhəmiyyət daşıyır. Eyni zamanda enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi Qırğızıstanın iqtisadi təhlükəsizliyinə də müsbət təsir göstərə bilər.

Azərbaycan və Qırğızıstan arasında imzalanan müttəfiqlik sazişi regionda hər hansı gərginlik yaratmayacaq. Çünki bu əməkdaşlıq hər hansı ölkəyə qarşı deyil, iqtisadi inkişafın, nəqliyyat əlaqələrinin və regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Azərbaycan Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və Türk dövlətləri arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafına mühüm töhfə verməyə davam edir.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki