image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17904003492922920463_1200x630

Azərbaycan son 20 ildə güclü iqtisadi və maliyyə imkanları formalaşdırıb

image-legitimaz-810x90

Azərbaycan son 20 ildə güclü iqtisadi və maliyyə imkanları formalaşdırıb

 

Azərbaycan son illərdə bu istiqamətdə özünü etibarlı tərəfdaş kimi təqdim etməyə çalışıb. Ölkəmizin müxtəlif xarici şirkətlərlə uzunmüddətli əməkdaşlığı bunun nümunələrindən biridir. İnvestorların hüquqlarının qorunması, müqavilə öhdəliklərinə əməl edilməsi və biznes üçün sabit hüquqi mühitin yaradılması gələcəkdə yeni investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir.

Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş iqtisadi nəticələri qorumaqla yanaşı, yeni inkişaf istiqamətləri yaratmaqdır.

Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, “yaşıl enerji”, kənd təsərrüfatı, nəqliyyat və logistika, mədənçilik, rəqəmsallaşma, süni intellekt və insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır.n Bu sahələrin inkişafı yalnız dövlət üçün deyil, vətəndaşlar üçün də mühüm nəticələr verə bilər. Yeni müəssisələrin yaradılması, investisiyaların artması, istehsalın genişlənməsi və ixrac imkanlarının çoxalması yeni iş yerlərinin açılmasına və insanların gəlirlərinin artmasına şərait yarada bilər.

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı Azərbaycanın gələcək iqtisadi inkişaf istiqamətləri barədə geniş təsəvvür yaradır. Çıxışda həm bu günə qədər görülən işlər, həm də qarşıdakı dövr üçün əsas prioritetlər diqqətə çatdırılıb. Azərbaycan son 20 ildə güclü iqtisadi və maliyyə imkanları formalaşdırıb. İndi əsas məqsəd bu imkanlardan istifadə etməklə iqtisadiyyatın yeni sahələrini inkişaf etdirmək, qeyri-neft sektorunun rolunu artırmaq, yeni texnologiyaları tətbiq etmək və ölkənin beynəlxalq iqtisadi əlaqələrini daha da genişləndirməkdir.

Bu baxımdan qarşıdakı illər Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar dövrü ola bilər. Əsas məsələ mövcud potensialdan səmərəli istifadə etmək, investisiyaları düzgün istiqamətləndirmək, insan kapitalını gücləndirmək və əldə olunan iqtisadi imkanları ölkənin və vətəndaşların rifahına yönəltməkdir Azərbaycan üçün də ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas məsələlərdəndir. Məqsəd ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının mümkün qədər yerli istehsal hesabına ödənilməsi və idxaldan asılılığın azaldılmasıdır.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki