image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17840091461446626590_1200x630

Azərbaycan–Slovakiya münasibətlərində siyasi etimad davamlı əməkdaşlığın əsas təminatıdır

image-legitimaz-810x90

Azərbaycan–Slovakiya münasibətlərində siyasi etimad davamlı əməkdaşlığın əsas təminatıdır

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın davamlılığı ilk növbədə qarşılıqlı etimad, siyasi iradə və uzunmüddətli strateji baxışdan asılıdır. Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında son illərdə formalaşmış münasibətlər də məhz bu prinsiplər üzərində qurulmuş, müxtəlif sahələri əhatə edən etibarlı tərəfdaşlıq modelinə çevrilmişdir.
Prezident İlham Əliyevin “Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq” fikri Azərbaycan xarici siyasətinin mühüm xüsusiyyətini əks etdirir. Azərbaycan beynəlxalq əməkdaşlıqda verilən vədlərin deyil, həyata keçirilən layihələrin və əldə olunan real nəticələrin tərəfdarıdır. Slovakiya ilə münasibətlər də bu prinsip əsasında inkişaf etdirilərək siyasi dialoqdan praktik əməkdaşlıq mərhələsinə keçmişdir.
İki ölkə arasında son illərdə əldə olunmuş nailiyyətlər təsdiq edir ki, münasibətlər təsadüfi deyil, ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Dövlət başçıları səviyyəsində keçirilən görüşlər, hökumətlərarası təmaslar, parlamentlərarası əməkdaşlıq və müxtəlif dövlət qurumları arasında birbaşa əlaqələrin genişlənməsi tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmişdir.
Prezident İlham Əliyevin vurğuladığı “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır” fikri münasibətlərin hazırkı səviyyəsinin obyektiv qiymətləndirilməsidir. Bu tərəfdaşlıq siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, rəqəmsal inkişaf, humanitar əməkdaşlıq və regional təhlükəsizlik kimi istiqamətləri də əhatə edir.
Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz Slovakiya ilə əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə hörmət göstərilməsi, qarşılıqlı faydalı əməkdaşlıq və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində oxşar yanaşma nümayiş etdirir. Bu da münasibətlərin uzunmüddətli perspektivdə daha da inkişaf edəcəyini şərtləndirən əsas amillərdəndir.
Münasibətlərin davamlı xarakter almasının digər mühüm göstəricisi yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyidir. Siyasi dialoqun müntəzəm davam etməsi qəbul edilən qərarların icrasına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və strateji məqsədlərin həyata keçirilməsinə geniş imkan yaradır. Azərbaycan–Slovakiya münasibətlərinin əsasını etibarlı siyasi dialoq, qarşılıqlı hörmət və konkret nəticələrə hesablanmış əməkdaşlıq təşkil edir. Bu model gələcəkdə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki