Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə ölkəmizin təhlükəsizliyi, Naxçıvanın hərbi potensialı və regionda Azərbaycanın mövqeyi ilə bağlı mühüm fikirlər səsləndirilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. Dövlət başçısı xüsusilə Naxçıvanda hərbi potensialın gündən-günə gücləndirildiyini və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Bu fikirlər Azərbaycanın güclü və müasir ordu quruculuğuna verdiyi əhəmiyyətin göstəricisidir. Güclü ordu ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas təminatlarından biridir. Azərbaycan son illərdə Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsinə, hərbi qulluqçuların hazırlığının artırılmasına və müdafiə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirir.
Naxçıvanın hərbi baxımdan gücləndirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Muxtar respublika Azərbaycanın ayrılmaz hissəsi olmaqla yanaşı, regionun mühüm strateji məkanlarından biridir. Burada müdafiə qabiliyyətinin artırılması Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın regionda öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün kifayət qədər güclü imkanlara malik olduğunu göstərir. Azərbaycan Silahlı Qüvvələrinin gücü ölkəmizin sülh və sabitliyə olan mövqeyini də möhkəmləndirir.
Bu gün Azərbaycan ordusu qarşısında duran əsas vəzifə ölkənin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin təhlükəsizliyini qorumaqdır. Naxçıvanda hərbi potensialın daha da artırılması da bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan güclü orduya, möhkəm müdafiə imkanlarına və regionda öz sözünü demək üçün ciddi potensiala malik dövlətdir. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması ölkəmizin təhlükəsizliyinin və milli maraqlarının etibarlı müdafiəsinin mühüm göstəricisidir.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov























