image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17873045084183056888_1200x630

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

image-legitimaz-810x90

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər qədim tarixə, ortaq mədəniyyətə və qardaşlıq bağlarına əsaslanır. Son illərdə bu əlaqələr daha da möhkəmlənərək müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı verdiyi bəyanat da iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi. Azərbaycan və Özbəkistan rəhbərləri arasında qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır. Daimi siyasi dialoq və qarşılıqlı səfərlər ölkələr arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır.

İki ölkənin münasibətlərində iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələr həyata keçirilir. Azərbaycan şirkətlərinin Özbəkistanda yeni layihələrə qoşulması da iqtisadi əlaqələrin artdığını göstərir. Humanitar sahədə əməkdaşlıq da xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Daşkənddə Heydər Əliyevin adını daşıyan meydan və abidənin açılması iki xalq arasındakı hörmətin nümunələrindən biridir.

Azərbaycan və Özbəkistan beynəlxalq və regional məsələlərdə də bir-birinə yaxın mövqe nümayiş etdirirlər. Ölkələr arasında mövcud etimad və dostluq münasibətləri gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əsas verir. Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub. Bu qardaşlıq və tərəfdaşlıq həm iki ölkənin inkişafına, həm də regionda sabitlik və əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki