image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1724406260_8a6771b8cb79128e2f69545b1b4cdf40

Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır

image-legitimaz-810x90

Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənmiş, dost və tərəfdaş dövlətlərlə əlaqələr yeni inkişaf mərhələsinə yüksəlmişdir. Bu baxımdan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında formalaşmış münasibətlər xüsusi əhəmiyyət daşıyır. Tarixi, mədəni və mənəvi bağlılığa malik olan iki qardaş xalqın dövlətləri arasında əlaqələr qarşılıqlı hörmətə, etimada, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanır. Azərbaycan Respublikasının xarici siyasət kursunun əsas istiqamətlərindən biri dost və qardaş dövlətlərlə münasibətlərin daha da inkişaf etdirilməsi, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət əsasında əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan–Özbəkistan münasibətləri də məhz bu prinsiplər üzərində qurulmuşdur. Son illərdə iki ölkə arasında siyasi əlaqələrin dinamik inkişafı, dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri münasibətlərin strateji xarakter daşıdığını nümayiş etdirir.

Bu siyasətin mühüm göstəricilərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında həyata keçirilən qarşılıqlı səfərlər və keçirilən yüksək səviyyəli görüşlərdir. Dövlət başçılarının birbaşa təmasları Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsinə, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə və əməkdaşlığın yeni istiqamətlərinin formalaşdırılmasına imkan yaradır. Qarşılıqlı səfərlər yalnız diplomatik xarakter daşımır, eyni zamanda iki qardaş dövlət arasında möhkəm siyasi iradənin, qarşılıqlı etimadın və dostluq münasibətlərinin göstəricisi kimi çıxış edir. Prezident İlham Əliyevin xarici siyasətdə nümayiş etdirdiyi prinsipial və ardıcıl mövqe Azərbaycanın milli maraqlarının qorunması ilə yanaşı, Özbəkistanla münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir. Dövlət başçısının şəxsi diplomatik fəaliyyəti və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mövcud olan qarşılıqlı hörmətə əsaslanan münasibətlər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafında mühüm rol oynayır.

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki