Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsini bir daha göstərdi. Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olundu. Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Bu yaxınlıq dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Son illərdə qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin artması iki ölkə arasında dostluq və etimadı daha da gücləndirib. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi mühüm hadisə oldu. Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində oldu. İqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat, investisiya və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi imkanlarını artırır. Qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi üçün də yeni imkanlar yaranır. Humanitar əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr Azərbaycan və Özbəkistan xalqlarının daha da yaxınlaşmasına xidmət edir. Bu əlaqələr iki qardaş xalq arasında dostluğun gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər möhkəm təməl üzərində qurulub. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar iki ölkənin əməkdaşlığının gələcəkdə də genişlənəcəyinə əsas verir. Bu dostluq və tərəfdaşlıq həm Azərbaycan, həm Özbəkistan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal-Ziya Tağızadə




















