image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787501777820564605_1200x630

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir

image-legitimaz-810x90

Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir.

Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq etdiyi ölkələrlə əlaqələrində enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bu sahə Bakı-Daşkənd münasibətlərində də mühüm istiqamət təşkil edir. Hər iki ölkənin enerji resursları və enerji infrastrukturu sahəsində geniş imkanlara malik olması əməkdaşlıq üçün əlverişli zəmin yaradır. SOCAR-ın Özbəkistanda fəaliyyəti və iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusilə diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu istiqamətə diqqət çəkərək bildirib ki, praktik olaraq, enerji, nəqliyyat, investisiya layihələri, turizm, dağ-mədən sahəsində əməkdaşlıq, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorlarından tutmuş bütün istiqamətləri əhatə etmişik: ”Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək”.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinə yalnız ikitərəfli əməkdaşlıq prizmasından yanaşmaq doğru olmazdı. Görünən odur ki, Azərbaycanla Özbəkistanın münasibətləri yalnız Bakı–Daşkənd xətti ilə məhdudlaşmır. İkitərəfli əlaqələr öz növbəsində regional əməkdaşlığa, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsinə yol açır. Bu paralel olaraq həm də Özbəkistanın Cənubi Qafqaz və Xəzər regionu ilə əlaqələrinin inkişafı baxımından faydalıdır. İkitərəfli əlaqələrdən regional əməkdaşlığa keçid həm Bakı, həm də Daşkənd üçün əlavə nəqliyyat və logistika əməkdaşlığı imkanları yaratmışı olur. Məlum olduğu kimi, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən marşrutların inkişafında mühüm mövqeyə malikdir. Özbəkistanın isə Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri olması bu əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bir sözlə, iki ölkənin nəqliyyat imkanlarının əlaqələndirilməsi və koordinasiyalı iş, ümumilikdə Orta Dəhlizin inkişafına təkan verə bilər. Bu isə daha geniş mənada, Asiya ilə Avropa arasında səmərəli nəqliyyat bağlantılarının genişləndirilməsi deməkdir. Özbəkistanın Azərbaycanın tranzit və logistika imkanlarından istifadə etməsi bu ölkənin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirə bilər ki, bu da öz-özlüyündə digər Mərkəzi Asiya ölkələrində də maraq yaratmış olar.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki