image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-0e57bba68756ce8a9a6748717f37db2b

Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Dərinləşən Əlaqələr və Siyasi Rəmzlər

image-legitimaz-810x90

Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Dərinləşən Əlaqələr və Siyasi Rəmzlər

Azərbaycan ilə İtaliya arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əməkdaşlığın hüquqi və siyasi əsasını 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr təşkil edir. Həmin sənədlər iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və mədəni əlaqələrin inkişafını prioritet istiqamətlər kimi müəyyən etmişdir. Bu gün artıq həmin sənədlərdə əksini tapan müddəaların real həyatda tətbiq olunduğu aydın şəkildə müşahidə edilir. Enerji sahəsində əməkdaşlıq, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr, Azərbaycan qazının Avropa bazarına çıxarılmasında İtaliyanın əsas tərəfdaşlardan biri olduğunu təsdiqləyir. Bu isə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Yüksək səviyyəli qarşılıqlı səfərlər də bu münasibətlərin dərinliyini nümayiş etdirir. İtaliya rəsmisinin əvvəlcə Ermənistana səfər edib, daha sonra Azərbaycana gəlməsi xüsusi rəmzi məna daşıyır. Bu addım regionda balanslı və düşünülmüş diplomatik yanaşmanın göstəricisi olmaqla yanaşı, Azərbaycana göstərilən hörmətin və strateji tərəfdaşlığa verilən önəmin bariz ifadəsidir.

Bu səfər eyni zamanda onu göstərir ki, Azərbaycan–İtaliya əlaqələri yalnız rəsmi sənədlərlə məhdudlaşmır, real siyasi iradə və qarşılıqlı etimad üzərində qurulub. İki ölkə arasında münasibətlərin dərin məzmunu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və davamlı dialoq bu tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyini deməyə əsas verir. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq modeli həm region, həm də daha geniş coğrafiya üçün uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər.

 

            Şəhla Eminova  – Zərdab şəhər 1 nömrəli Məktəb-liseyin direktor müavini                      


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki