image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycan–İtaliya əlaqələri həm siyasi dialoq, həm də iqtisadi və humanitar əməkdaşlıq baxımından genişlənmişdir

image-legitimaz-810x90

Azərbaycan–İtaliya əlaqələri həm siyasi dialoq, həm də iqtisadi və humanitar əməkdaşlıq baxımından genişlənmişdir

Cənab İlham Əliyevin İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorgia Meloninin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə münasibətlərinin artıq yüksək səviyyəli strateji tərəfdaşlıq müstəvisində formalaşdığını bir daha ortaya qoyur.

2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün real nəticələrə çevrilərək Azərbaycan–İtaliya əlaqələrinin həm siyasi dialoq, həm də iqtisadi və humanitar əməkdaşlıq baxımından genişlənməsinə şərait yaradıb. Xüsusilə İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsi və ötən il ticarət dövriyyəsinin 12 milyard dollara yaxınlaşması münasibətlərin dayanıqlı iqtisadi bazaya söykəndiyini göstərir.

Enerji sahəsində əməkdaşlıq bu əlaqələrin əsas sütunlarından biri olaraq qalır. Təbii qaz ixracı istiqamətində İtaliyanın aparıcı bazar statusu, eləcə də Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan TAP layihəsinin genişləndirilməsi perspektivləri tərəfdaşlığın uzunmüddətli xarakterini daha da gücləndirir.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda artıq 23 layihənin icrası və ya planlaşdırılması İtaliya biznes dairələrinin Azərbaycana və regionun bərpasına göstərdiyi yüksək etimadın göstəricisidir. Bu layihələr infrastruktur, şəhərsalma, energetika, sənaye və mədəni irsin bərpası kimi sahələri əhatə edərək regionun dirçəldilməsinə töhfə verir.

Əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi etimad və qarşılıqlı hörmətin nəticəsidir. Postmünaqişə dövründə aparılan bərpa prosesində İtaliya şirkətlərinin iştirakı münasibətlərin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir.

Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan Universiteti iki ölkə arasında elmi əməkdaşlığın və intellektual körpünün formalaşmasına xidmət edir.

Səsləndirilən fikirlər Azərbaycan–İtaliya münasibətlərinin təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliyanın fəal iştirakı ilə daha geniş və strateji məzmun qazandığını nümayiş etdirir. Bu isə qarşılıqlı faydaya əsaslanan uzunmüddətli tərəfdaşlıq modelinin formalaşdığını təsdiqləyir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki