image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17900638253499318112_1200x630

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib

image-legitimaz-810x90

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Enerji amili yüz illərdir ki, insanların mövcudluğunun davam etdirilməsində ən önəmli və təməl qaynaqlar arasında öz yerini qorumuşdur. Günümüzdə də bu amil öz əhəmiyyətini qorumaqda davam edərək ölkələrin inkişafında əsas strateji rol oynamaqdadır. Bu günə qədər ənənəvi enerji mənbələri enerjiyə olan ehtiyacın əksər hissəsini qarşılamışdır. Ancaq bu mənbələrə hər ölkənin sahib olmaması, idxal, ixrac və tranzitin yüksək maliyyə tələb etməsi, ehtiyatların tədricən azalması və ətraf mühitə dəyən ziyan səbəbindən enerji istehsalında yeni mənbələrə ehtiyac çoxalmışdır. Enerji resurslarının məhdud olduğuna görə hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır.

Son onilliklərin elmi tədqiqat məhsulu olan “enerji təhlükəsizliyi” anlayışının meydana çıxması bütün tarixi dövr ərzində ayrı-ayrı aspektlərdən qiymətləndirilsə də, vahid konseptual mənada izahlı ifadəsini tapmamışdır.

Bərpaolunan enerji növü enerji istehsalında bərpa oluna bilməyən enerjiyə alternativ olaraq ön plana çıxır. Bütün dövlətlərin enerji ehtiyaclarının müəyyən bir hissəsini öz imkanları hesabına ödəyə bilmək qabiliyyəti müsbət şəkildə qarşılanır, lakin bərpa olunan enerji istehsalı bütün dünyaya yayılmamış və istənilən ölçüyə çatmamışdır. Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitin qorunması baxımından da xeyli əhəmiyyətlidir.

Bu gün Azərbaycan artıq təkcə ənənəvi neft-qaz resursları ilə deyil, həm də elektrik enerjisi və genişlənən yaşıl enerji layihələri ilə Avropanın və regionun enerji xəritəsini formalaşdıran əsas aktora çevrilmişdir.

Ölkəmizdə dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialında mühüm yer tutan və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək istiqamətlərdəndir. Ölkəmizin zəngin mineral-xammal ehtiyatları, sənaye potensialı və mövcud imkanları bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır.  Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahənin inkişaf etdirilməsi, ilk növbədə, ölkənin zəngin təbii resurslarından daha səmərəli istifadə olunmasına, mövcud mineral-xammal bazasının iqtisadi dövriyyəyə cəlb edilməsinə və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə imkan verəcək. Eyni zamanda, yeni layihələrin həyata keçirilməsi ölkədə müasir sənaye müəssisələrinin yaradılması və istehsal imkanlarının genişləndirilməsi üçün əlavə şərait formalaşdıracaq.

Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji potensialı ölkənin ümumi gücünü daha da artırır. Cənab Prezident İlham Əliyev bu möhkəm iqtisadi və energetik təməlin yeni qəbul olunacaq dağ-mədən və metallurgiya sənayesi proqramlarının icrasına da böyük təkan verəcəyini qeyd edib və aidiyyəti dövlət qurumlarına beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində tapşırıqlar verib.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki