image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib

image-legitimaz-810x90

Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

 

Azərbaycanın son illərdə əldə etdiyi uğurlar içərisində enerji sahəsində görülən işlər xüsusi yer tutur. Vaxtilə enerji təminatı ilə bağlı müəyyən çətinliklərlə üzləşən ölkəmiz bu gün həm öz tələbatını tam ödəyir, həm də müxtəlif ölkələrə enerji resursları ixrac edir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı zamanı Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlərə diqqət çəkib. Dövlət başçısı qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.

Bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Azərbaycan ildə 25 milyard kubmetrdən çox təbii qaz ixrac edir. Elektrik enerjisi istehsalında da ölkənin daxili tələbatını ödəməyə imkan verən güclü potensial yaradılıb. Azərbaycanın enerji imkanlarının genişlənməsi ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına da mühüm təsir göstərir. Azərbaycanın təbii qazının müxtəlif ölkələrə nəql olunması həmin dövlətlərin enerji təhlükəsizliyinə töhfə verir və ölkəmizi etibarlı enerji tərəfdaşı kimi tanıdır. Enerji sahəsində yaradılmış güclü infrastruktur həm də digər iqtisadi sahələrin inkişafı üçün əlverişli şərait yaradır. Yeni sənaye müəssisələrinin fəaliyyət göstərməsi üçün etibarlı enerji təminatı vacibdir. Bu baxımdan 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Proqram çərçivəsində 5,3 milyard manat həcmində investisiyanın yatırılması, yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu layihələr Azərbaycanın qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına və regionların iqtisadi fəallığının artmasına şərait yarada bilər.

Bu gün Azərbaycan enerji sahəsində əldə etdiyi imkanlardan istifadə etməklə yeni sənaye və iqtisadi layihələr həyata keçirir. Qarşıdakı dövrdə əsas məqsəd bu potensialı daha da artırmaq, enerji təhlükəsizliyini möhkəmləndirmək və yaradılmış imkanları ölkə iqtisadiyyatının inkişafına yönəltməkdir. Azərbaycanın enerji sahəsində qazandığı mövqe uzun illər ərzində görülən məqsədyönlü işlərin nəticəsidir. Bu gün ölkəmiz yalnız enerji resursları ilə zəngin dövlət deyil, həm də həmin resursları beynəlxalq əməkdaşlığa çevirən və bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır.

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki