image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6a0ad67325e346a0ad67325e3517790951556a0ad67325e326a0ad67325e33

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

image-legitimaz-810x90

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.

 

Cənab Prezident İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində çıxışı zamanı şəhərsalma siyasətinin müasir dövrdə ölkələrin inkişafında oynadığı mühüm roldan bəhs edib. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin, şəhərsalma üzrə ekspertlərin və beynəlxalq təşkilatların iştirak etdiyi forum dayanıqlı şəhər inkişafı, tarixi-mədəni irsin qorunması, müasir memarlıq həlləri və urbanizasiya proseslərinin idarə olunması kimi məsələlərin müzakirə olunduğu nüfuzlu platforma kimi diqqət çəkib. Tədbirdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələri və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də beynəlxalq maraq doğurub.

Cənab Prezident çıxışında Azərbaycanın coğrafi mövqeyinin və tarixi inkişaf yolunun ölkənin memarlıq simasında özünəməxsus şəkildə əks olunduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ölkəmiz əsrlər boyu Şərqlə Qərbin qovuşduğu məkan kimi müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinə ev sahibliyi edib. Bu zəngin tarixi irs xüsusilə Bakının memarlıq görünüşündə özünü aydın şəkildə göstərir. Prezident bildirib: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz – vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır. Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”.

Prezidentin bu fikirləri Azərbaycanın şəhərsalma siyasətinin yalnız infrastrukturun yenilənməsinə deyil, həm də milli-mədəni dəyərlərin qorunmasına xidmət etdiyini göstərir. Son illər Bakıda və regionlarda həyata keçirilən layihələr şəhərlərin müasir standartlara uyğun inkişafını təmin etməklə yanaşı, tarixi abidələrin bərpası və memarlıq ənənələrinin yaşadılması istiqamətində də mühüm nəticələr verib. Xüsusilə paytaxt Bakının qədim İçərişəhər kompleksi ilə müasir memarlıq nümunələrinin harmoniyası Azərbaycanın inkişaf modelinin özünəməxsus cəhətlərindən biri kimi qiymətləndirilir.

Forum çərçivəsində səsləndirilən bu mesajlar Azərbaycanın gələcək şəhərsalma strategiyasının dayanıqlı inkişaf, müasir texnologiyaların tətbiqi və milli irsin qorunması prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirib.

 

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki