image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1779106028_dc9e828d72564096e4ac8e8f54e5eae8

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub

image-legitimaz-810x90

Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.

 

2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyev mühüm çıxış etdi. Prezident çıxışında Azərbaycanın coğrafi mövqeyindən, tarixi rolundan və ölkəmizin dünyanı birləşdirən körpü olmasından danışdı. O qeyd etdi ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və əsrlər boyu Şərqlə Qərbin qovuşduğu məkan kimi tanınıb.

Həqiqətən də, Azərbaycanın yerləşdiyi coğrafiya ölkəmizə xüsusi üstünlüklər qazandırır. Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan tarix boyu müxtəlif xalqların, mədəniyyətlərin və ticarət yollarının görüş nöqtəsi olub. Bu gün də ölkəmiz beynəlxalq nəqliyyat və logistika layihələrində mühüm rol oynayır. Bakı şəhəri artıq təkcə Azərbaycanın deyil, regionun ən mühüm iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev forumdakı çıxışında şəhərlərin müasir inkişafı, ekoloji tarazlığın qorunması və insanların rahat yaşayışı üçün yaradılan şəraitdən də danışdı. Son illərdə Azərbaycanda həyata keçirilən geniş abadlıq və quruculuq işləri ölkəmizin sürətli inkişafını göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi dünyanın diqqətini cəlb edir.

Bu forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha sübut etdi. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar Azərbaycanın inkişafını yaxından gördülər və ölkəmizin gələcək planları ilə tanış oldular. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın dünyada tanınmasına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük töhfə verir. Azərbaycan bu gün həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirən müasir və inkişaf edən dövlətdir. Ölkəmiz müxtəlif mədəniyyətlərin dostluq və qarşılıqlı hörmət şəraitində yaşadığı bir məkan kimi nümunə göstərilir. Prezident cənab İlham Əliyevin forumdakı çıxışı da bir daha göstərdi ki, Azərbaycan gələcəkdə də bölgədə sülhün, inkişafın və əməkdaşlığın əsas mərkəzlərindən biri olacaq.

 

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki