Azərbaycan-Almaniya münasibətlərində yeni inkişaf mərhələsi
Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan ilə Almaniya arasında əlaqələrin inkişafı baxımından mühüm hadisə oldu. Səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın mövcud vəziyyəti müzakirə edildi, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıldı. Dövlət başçısı bəyanatında vurğuladı ki, Azərbaycan Almaniya ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin daha da inkişafında maraqlıdır. İki ölkə arasında uzun illərdir davam edən əməkdaşlıq bu gün yeni məzmun qazanır və müxtəlif sahələri əhatə edir.
Azərbaycan və Almaniya iqtisadi əlaqələrin genişlənməsinə xüsusi önəm verirlər. Alman şirkətləri ölkəmizdə sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu əməkdaşlıq yeni texnologiyaların tətbiqinə, investisiyaların artmasına və məşğulluğun genişlənməsinə müsbət təsir göstərir. Səfər zamanı nəqliyyat, logistika və tranzit imkanları da əsas müzakirə mövzularından biri oldu. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkəmizin beynəlxalq yükdaşımalarında rolunu artırır. Bu sahədə Almaniya ilə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır.
Görüşlər zamanı imzalanan sənədlər və əldə olunan razılaşmalar əlaqələrin gələcək inkişafı üçün möhkəm əsas formalaşdırır. Həmçinin təhsil, elm, mədəniyyət, innovasiya və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində də qarşılıqlı maraq ifadə olundu. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığa açıq ölkədir və Avropanın aparıcı dövlətləri ilə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan və Almaniya arasında qurulan tərəfdaşlıq qarşılıqlı faydaya əsaslanır və gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov





















