Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı yeni inkişaf mərhələsində
Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr son illərdə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı qeyd etdiyi kimi, bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və ölkələrimiz arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Almaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Alman şirkətləri ölkəmizdə sənaye, enerji, kənd təsərrüfatı, nəqliyyat, tikinti, texnologiya və digər sahələrdə müxtəlif layihələr həyata keçirirlər. Bu şirkətlərin fəaliyyəti Azərbaycanın iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və müasir texnologiyaların tətbiqinə imkan yaradır.
Azərbaycan xarici investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə mühüm iqtisadi islahatlar həyata keçirir. Ölkədə yaradılmış sabit biznes mühiti və geniş imkanlar Almaniya şirkətlərinin Azərbaycana marağını artırır. İki ölkə arasında əməkdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Təhsil, elm, innovasiya, yaşıl enerji və digər istiqamətlərdə də əlaqələr genişlənir. Almaniyanın qabaqcıl təcrübəsi və texnologiyaları Azərbaycanın müxtəlif sahələrdə inkişafına müsbət təsir göstərir. Alman şirkətlərinin Azərbaycandakı fəaliyyəti iki ölkə arasında qarşılıqlı etimadın göstəricisidir. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Almaniya üçün yeni imkanlar yaradır, iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan Avropa ölkələri ilə, xüsusilə Almaniya ilə uzunmüddətli və faydalı tərəfdaşlığın inkişafına böyük önəm verir. Gələcəkdə də Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişlənəcəyi, yeni layihələrin həyata keçiriləcəyi və iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə çatacağı gözlənilir.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi-Əfsun Nuriyev






















