image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17846403016108838378_1200x630

Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: yeni imkanlar və strateji tərəfdaşlıq

image-legitimaz-810x90

Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı: yeni imkanlar və strateji tərəfdaşlıq

Azərbaycan ilə Almaniya arasında iqtisadi və ticari əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı etimada, uzunmüddətli tərəfdaşlığa və iqtisadi maraqlara əsaslanan münasibətlərin genişləndirilməsində maraqlıdır. Almaniya Avropanın ən güclü iqtisadiyyatlarından biri, Azərbaycan isə Cənubi Qafqazın aparıcı iqtisadi gücü kimi əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. Bu münasibətlər təkcə ticarət dövriyyəsinin artması ilə deyil, həm də investisiya, sənaye, enerji, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat sahələrində yeni layihələrin həyata keçirilməsi ilə xarakterizə olunur.Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür.Alman şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkənin əlverişli investisiya mühitinin göstəricisidir. Sənaye, tikinti, logistika, kənd təsərrüfatı, nəqliyyat, informasiya texnologiyaları və xidmət sektorlarında fəaliyyət göstərən bu şirkətlər iqtisadi inkişaf prosesinə mühüm töhfələr verir. Onların gətirdiyi qabaqcıl texnologiyalar, innovativ idarəetmə üsulları və beynəlxalq təcrübə yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bununla yanaşı, Almaniya şirkətlərinin fəaliyyəti yeni iş yerlərinin açılmasına, peşəkar kadrların hazırlanmasına və sahibkarlıq mühitinin inkişafına da müsbət təsir göstərir.İki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biridir. Qarşılıqlı sərmayə qoyuluşunun artırılması sənaye parklarında yeni istehsal sahələrinin yaradılmasına, müasir texnologiyaların tətbiqinə və ixracyönümlü məhsulların istehsalına imkan verəcəkdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları və beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməsi Alman investorları üçün əlavə üstünlüklər yaradır. Eyni zamanda, Almaniyanın yüksək texnoloji potensialı və sənaye təcrübəsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinə mühüm dəstək verir.

Enerji sahəsi Azərbaycan–Almaniya münasibətlərinin strateji istiqamətlərindən biridir. Azərbaycanın zəngin enerji resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Təbii qaz ixracının Almaniyanı da əhatə etməsi enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu əməkdaşlıq yalnız iqtisadi baxımdan deyil, həm də regional sabitlik və enerji təchizatının şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq gələcəyin əsas prioritetlərindən biri hesab edilir. Azərbaycan günəş, külək və digər bərpa olunan enerji mənbələrinin inkişafına böyük sərmayələr yatırır. Xəzər dənizinin külək enerjisi potensialı və Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən “yaşıl enerji zonası” layihələri Avropa bazarına ekoloji cəhətdən təmiz enerji ixracı üçün geniş perspektivlər yaradır. Almaniyanın bu sahədə qabaqcıl texnologiyaları və təcrübəsi Azərbaycanın yaşıl enerji strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynaya bilər.İqtisadi əməkdaşlıqla yanaşı, elm, təhsil və innovasiya sahələrində əlaqələrin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Alman universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramları, tələbə mübadiləsi və birgə elmi layihələr insan kapitalının inkişafına xidmət edir. Peşə təhsili və texniki ixtisaslar üzrə Almaniyanın təcrübəsinin tətbiqi ölkədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verir.Azərbaycan ilə Almaniya arasında formalaşmış iqtisadi münasibətlər qarşılıqlı etimada və strateji maraqlara əsaslanır. Alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsi, qarşılıqlı investisiyaların artması, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşməsi və yaşıl enerji layihələrinin həyata keçirilməsi iki ölkə arasında tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Bu əməkdaşlıq təkcə Azərbaycan və Almaniyanın iqtisadi inkişafına deyil, həm də Avropanın enerji təhlükəsizliyinə, regional sabitliyə və davamlı inkişaf məqsədlərinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki