Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir
Ölkəmizdə son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin kommunal xidmətlərlə tam və keyfiyyətli təmin olunmasıdır. Bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biri də qazlaşdırma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsidir. Hazırda azad edilmiş torpaqları istisna etsək, ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizə çatmışdır. Bu göstərici dövlətin insanların rifahına göstərdiyi diqqətin bariz nümunəsidir. Qazlaşdırma layihələrinin genişləndirilməsi həm şəhərlərdə, həm də kənd və qəsəbələrdə yaşayan insanların həyat şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Xüsusilə ucqar yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi insanların gündəlik məişətində böyük rahatlıq yaratmışdır. Əhalinin odun və digər yanacaq vasitələrindən istifadəsinin azalması həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.
Ölkədə qaz infrastrukturunun müasirləşdirilməsi istiqamətində geniş işlər görülmüşdür. Yeni qaz xətlərinin çəkilməsi, köhnə boruların yenilənməsi və təhlükəsizlik sistemlərinin gücləndirilməsi qaz təchizatının daha etibarlı və fasiləsiz olmasını təmin etmişdir. Bunun nəticəsində vətəndaşların təbii qazdan istifadəsi daha rahat və təhlükəsiz hala gəlmişdir. Qazlaşdırmanın yüksək səviyyəyə çatması regionların inkişafına da müsbət təsir göstərmişdir. Təbii qazın mövcudluğu kənd təsərrüfatı, kiçik sahibkarlıq və istehsal sahələrinin genişlənməsinə imkan yaratmışdır. Bununla yanaşı, insanların yaşayış səviyyəsi yüksəlmiş, yeni iş imkanları formalaşmışdır. Azad edilmiş torpaqlarda isə hazırda geniş quruculuq və bərpa işləri həyata keçirilir. Bu ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən qazlaşdırma layihələrinin icrası gələcəkdə həmin bölgələrin də tam şəkildə təbii qazla təmin olunmasına şərait yaradacaqdır. Dövlət tərəfindən görülən işlər göstərir ki, bütün bölgələrin bərabər inkişafı əsas prioritetlərdən biridir.
Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


















