image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Avropa Parlamentinin Qərəzli Siyasəti və Azərbaycanın Diplomatik Cavabı: Ədalətli Sülh, yoxsa Siyasi Sabotaj

image-legitimaz-810x90

Avropa Parlamentinin Qərəzli Siyasəti və Azərbaycanın Diplomatik Cavabı: Ədalətli Sülh, yoxsa Siyasi Sabotaj

Müasir beynəlxalq münasibətlər sistemində regional sülhün və təhlükəsizliyin təmin olunması fundamental prioritet kimi qəbul edilsə də, bəzi beynəlxalq təsisatların fəaliyyəti bu prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir. Bu baxımdan, Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi sistemli qərəz və faktların təhrif edilməsi artıq diplomatik çərçivələri aşaraq açıq bir sabotaj kampaniyasına çevrilmişdir. İkinci Qarabağ müharibəsinin başa çatmasından cəmi altı ay sonra başlayan və 2026-cı ilin aprelinə qədər davam edən müddət ərzində Avropa Parlamentinin Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi, bu qurumun obyektivliyini tamamilə itirdiyinin sübutudur. Cəmi beş il ərzində qəbul edilən bu qədər sayda sənəd sadəcə bir statistik göstərici deyil, Azərbaycanın öz suverenliyini bərpa etməsinə qarşı yönəlmiş siyasi aludəçiliyin təzahürüdür. Ən son qətnamənin məhz mühüm beynəlxalq Zirvə görüşü ərəfəsində qəbul edilməsi isə addımların bilərəkdən və manipulyasiya məqsədilə atıldığını göstərir.

Avropa Parlamentinin bu fəaliyyəti fonunda bir sual aktuallaşır: Bu qurum öz birbaşa vəzifələrini nə dərəcədə yerinə yetirir? Bu gün Avropa məkanı ksenofobiya, islamofobiya, anti-semitizm və kütləvi miqrasiya kimi ciddi daxili böhranlarla üz-üzədir. İqtisadi rəqabətçiliyin zəifləməsi və evsiz insanların sayının artması kimi fundamental sosial problemlər həllini gözlədiyi bir vaxtda, parlamentin enerjisini böhtan və yalanlar üzərində qurulmuş anti-Azərbaycan kampaniyasına sərf etməsi təəssüf doğurur. Görünən odur ki, Azərbaycanın separatçılığa son qoyaraq müharibə cinayətkarlarını ədalət məhkəməsinə cəlb etməsi bəzi dairələrdə qəbul edilməz bir “presedent” kimi qarşılanır. Azərbaycanın milli maraqlarına və suveren hüquqlarına qarşı yönəlmiş bu ardıcıl təhqirlər rəsmi Bakının adekvat və qətiyyətli cavabı ilə nəticələnmişdir. Mayın 1-də Azərbaycan parlamentinin qəbul etdiyi qərar bu istiqamətdə yeni bir səhifə açır. Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın dayandırılması, Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakın dayandırılması, Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi ilə bağlı prosedurların başladılması. “Avropa Siyasi Birliyi”nin Zirvə görüşləri fikir mübadiləsi üçün açıq platforma təqdim edir. Azərbaycanın atdığı bu addımlar hər hansı bir emosional reaksiya deyil, uzunmüddətli ədalətsizliyə və sabotaja qarşı hüquqi və siyasi bir duruşdur. Həmkarların və beynəlxalq ictimaiyyətin bu məsələdə düzgün məlumatlandırılması, baş verənlərin mahiyyətini təhrif edən manipulyasiyaların qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, beynəlxalq müstəvidə də öz ləyaqətini və maraqlarını qorumağa davam edəcəkdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki