Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Azərbaycanın xarici iqtisadi siyasətində Avropa İttifaqı xüsusi əhəmiyyətə malik tərəfdaşlardan biridir. Müstəqillik illərindən etibarən tərəflər arasında formalaşan əməkdaşlıq iqtisadi, ticarət və enerji sahələrində davamlı şəkildə inkişaf etmişdir. Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, ölkənin xarici ticarət dövriyyəsində mühüm paya sahibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət əlaqələrinin əsasını enerji sektoru təşkil edir. Ölkəmiz Avropa bazarına neft və təbii qaz ixrac etməklə qitənin enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Bununla yanaşı, Avropa İttifaqı ölkələrindən Azərbaycana müasir texnologiyalar, sənaye avadanlıqları, nəqliyyat vasitələri, tibbi cihazlar və müxtəlif istehsal məhsulları idxal olunur. Bu qarşılıqlı ticarət əlaqələri iqtisadi inkişafın sürətlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Son illərdə enerji sahəsində həyata keçirilən beynəlxalq layihələr, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində görülən işlər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etmişdir. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində də əməkdaşlıq genişlənməkdədir. Avropa İttifaqı ilə qurulan güclü iqtisadi münasibətlər Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişafına, ixrac imkanlarının artırılmasına və ölkə iqtisadiyyatının dünya bazarına inteqrasiyasına mühüm töhfə verir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlığın gələcək illərdə də yeni istiqamətlər üzrə inkişaf edəcəyi gözlənilir.
Sevil Mecidli – Zərdab Gənclər evinin dərnək rəhbəri






















