image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-screenshot

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır

image-legitimaz-810x90

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır.

 

Azərbaycanın iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet istiqamətlərdən biri kimi xüsusi yer tutur. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahənin inkişafı üçün mühüm addımlar atılmış, fermerlərə dövlət dəstəyi gücləndirilmiş, regionlarda müasir aqrar infrastruktur yaradılmışdır. Son illərdə aqroparkların salınması, suvarma sistemlərinin yenilənməsi, müasir kənd təsərrüfatı texnikalarının tətbiqi və subsidiya mexanizmlərinin genişləndirilməsi məhsuldarlığın artmasına əhəmiyyətli təsir göstərmişdir. Bütün bunlar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də aqrar sahənin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlət başçısı aqroparklardan bəhs edərək  bildirib: “Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.”

Ölkədə kənd təsərrüfatının inkişafı ilə yanaşı, xüsusilə strateji məhsullar üzrə daxili istehsalın artırılması əsas vəzifələrdən biri kimi müəyyən olunub. Ərzaq təhlükəsizliyi hər bir dövlət üçün mühüm amildir və bu baxımdan buğda istehsalının artırılması xüsusi əhəmiyyət daşıyır. Aqroparkların fəaliyyəti, innovativ texnologiyaların tətbiqi və torpaq ehtiyatlarından səmərəli istifadə gələcəkdə bu sahədə daha yüksək nəticələrin əldə olunmasına imkan yaradacaqdır. Kənd təsərrüfatının inkişafı regionlarda məşğulluğun artırılmasına, kənd əhalisinin sosial rifahının yüksəlməsinə və iqtisadi fəallığın genişlənməsinə də mühüm təsir göstərir. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək mexanizmləri, güzəştli kreditlər və subsidiyalar aqrar sektorun dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Bu siyasət kənd yerlərində insanların torpağa bağlılığını daha da möhkəmləndirir və ölkənin iqtisadi potensialının artmasına xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar Azərbaycanın kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsasını qoyur. Müasir yanaşmalar və strateji hədəflər ölkənin ərzaq təminatının gücləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki