Aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər ölkəmizdə aqrar sektorun inkişafına verilən önəmin bariz nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında kənd təsərrüfatının milli iqtisadiyyatın əsas istiqamətlərindən biri olduğu vurğulanmış, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd yerlərində məşğulluğun artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri əsas prioritet kimi təqdim edilmişdir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, kənd təsərrüfatı Azərbaycanın ənənəvi sahələrindən biridir və bu sahənin inkişafı həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Son illərdə aqrar sektora dövlət dəstəyinin artırılması, subsidiyaların genişləndirilməsi, texniki təminatın yaxşılaşdırılması və fermerlərin güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi nəticəsində kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olunmuşdur. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artmış, ixrac imkanları genişlənmiş və kənd yerlərində sosial rifah yüksəlmişdir.
Müşavirədə çıxışı zamanı Prezident xüsusilə ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq bildirmişdir ki, dünyada baş verən geosiyasi və iqtisadi proseslər hər bir dövləti daxili istehsal imkanlarını artırmağa sövq edir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atır. Dövlət başçısı vurğulamışdır ki, yerli istehsalın artırılması həm idxaldan asılılığın azaldılması, həm də əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması baxımından vacibdir. Bu məqsədlə torpaq fondlarından səmərəli istifadə, suvarma sistemlərinin yenilənməsi və müasir texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyev çıxışında su ehtiyatlarının düzgün idarə olunmasının kənd təsərrüfatının inkişafında həlledici rol oynadığını da xüsusi qeyd etmişdir. Son illər ölkəmizdə yeni su anbarlarının tikilməsi, magistral kanalların yenidən qurulması və meliorasiya tədbirlərinin genişləndirilməsi aqrar sahənin dayanıqlı inkişafına mühüm töhfə verir. Dövlət başçısı bildirmişdir ki, iqlim dəyişiklikləri fonunda su resurslarından qənaətlə istifadə etmək strateji məsələdir və bu istiqamətdə bütün aidiyyəti qurumlar qarşısında mühüm vəzifələr dayanır.
Müşavirədə aqrar sahədə müasir texnologiyaların tətbiqi məsələsi də geniş yer almışdır. Prezident qeyd etmişdir ki, rəqəmsal texnologiyaların tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və idarəetmənin təkmilləşdirilməsinə xidmət edir. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının işğaldan azad edilmiş ərazilərdə uğurla həyata keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr Azərbaycanın müasir kənd təsərrüfatı modelinin formalaşdırıldığını nümayiş etdirir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


















