image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17246478945683727023_1200x630

2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb

image-legitimaz-810x90

2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb

Azərbaycan və Özbəkistan rəhbərləri arasında keçirilən görüşlərdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması da xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu ortaq prinsiplər iki ölkə arasında siyasi münasibətlərin möhkəm əsaslar üzərində qurulmasına və beynəlxalq məsələlər üzrə qarşılıqlı anlaşmanın güclənməsinə şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq platformalarda ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edir, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinin vacibliyini ardıcıl şəkildə vurğulayır. Bu prinsipial mövqe Azərbaycanın beynəlxalq aləmdə etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərdə də qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və bir-birinin milli maraqlarına anlayışla yanaşmaq əsas prinsiplər kimi çıxış edir. Qarşılıqlı səfərlər zamanı regional təhlükəsizlik, sabitlik və əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsinin aparılması dövlətlər arasında siyasi koordinasiyanın gücləndirilməsinə imkan yaradır. Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın təmin olunmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin regionda sülh və əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş siyasəti Azərbaycanın konstruktiv və fəal mövqeyini nümayiş etdirir.

Azərbaycan–Özbəkistan münasibətlərində təbii müttəfiqlik anlayışı yalnız dövlət rəhbərləri arasında siyasi münasibətlərlə məhdudlaşmır. Bu anlayışın əsasında xalqlarımız arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və mənəvi əlaqələr, qarşılıqlı rəğbət və ortaq maraqlar dayanır. Azərbaycan və özbək xalqlarının ortaq türk kimliyi, mədəni yaxınlığı və mənəvi dəyərləri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm ictimai və humanitar əsas yaradır. Dövlət başçılarının qarşılıqlı səfərləri xalqlar arasında əlaqələrin genişlənməsinə də mühüm təsir göstərir. Siyasi səviyyədə əldə olunan razılaşmalar sonrakı mərhələdə dövlət qurumları, təhsil və mədəniyyət müəssisələri, gənclər təşkilatları, ictimai birliklər və digər strukturlar arasında əməkdaşlığın inkişafına imkan yaradır. Bu isə xalqlarımızın bir-birini daha yaxından tanımasına, qarşılıqlı hörmət və etimadın daha da artmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətində humanitar və mədəni diplomatiyaya xüsusi önəm verilir. Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı mədəniyyət günlərinin, sərgilərin, konfransların və digər tədbirlərin keçirilməsi iki xalqın ortaq dəyərlərinin daha geniş şəkildə tanıdılmasına imkan yaradır. Təhsil və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi də Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gənclər arasında qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif beynəlxalq layihələrin və proqramların həyata keçirilməsi, tələbə və mütəxəssis mübadiləsinin təşkili xalqlar arasında əlaqələrin davamlılığını təmin edən mühüm vasitələrdəndir. Bu istiqamətdə yaradılan imkanlar gələcək nəsillərin bir-birini daha yaxından tanımasına və mövcud dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə şərait yaradır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki