image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-700871693_1534333841379722_945723916516265708_n

182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var

image-legitimaz-810x90

182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var.

 

Azərbaycan son illərdə dinamik inkişaf yolu keçərək regionun siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilib. Ölkədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində müasir infrastruktur qurulub, beynəlxalq əməkdaşlıq genişlənib və paytaxt Bakı dünyanın ən nüfuzlu tədbirlərinə ev sahibliyi edən şəhərlər sırasında yer alıb. Müxtəlif beynəlxalq forumların, idman yarışlarının, siyasi və iqtisadi toplantıların Azərbaycanda keçirilməsi ölkənin artan nüfuzunun göstəricisi hesab olunur. Xüsusilə son illərdə təşkil edilən qlobal tədbirlər Azərbaycanın təhlükəsiz, müasir və yüksək təşkilatçılıq imkanlarına malik dövlət olduğunu bir daha nümayiş etdirib. Bu baxımdan Bakıda keçirilən beynəlxalq forumlar həm ölkənin inkişafını dünyaya təqdim edir, həm də müxtəlif ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verir.

Cənab Prezident İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı çıxışında forumun əhəmiyyətindən və iştirakçı sayının rekord həddə çatmasından bəhs edib. Dövlət başçısı bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir. Prezident qeyd edib: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”. Prezidentin bu fikirləri Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində qazandığı təcrübəni və dünya miqyasında artan etimadı bir daha nümayiş etdirir. Forumda iştirak edən minlərlə nümayəndə Bakının müasir simasını, şəhərsalma sahəsində həyata keçirilən layihələri və ölkənin inkişaf modelini yaxından müşahidə etmək imkanı əldə edir. Paytaxtda son illər ərzində həyata keçirilən abadlıq və infrastruktur layihələri, yeni yaşayış kompleksləri, nəqliyyat sisteminin müasirləşdirilməsi və yaşıllıq zonalarının genişləndirilməsi Bakının dünyanın qabaqcıl şəhərləri sırasında yer almasına şərait yaradıb.

Bu gün Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm dialoq və əməkdaşlıq platformalarından biri kimi çıxış edir. Ölkədə keçirilən beynəlxalq tədbirlər həm qlobal problemlərin müzakirəsinə şərait yaradır, həm də Azərbaycanın inkişafını, mədəniyyətini və qonaqpərvərliyini dünya ictimaiyyətinə nümayiş etdirir. Bakı isə artıq beynəlxalq tədbirlərin ənənəvi ünvanlarından biri kimi tanınır.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki