Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir.
Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının artması ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinin göstəricisidir. Dünyada enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan öz öhdəliklərinə sadiqliyini nümayiş etdirərək tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu amil ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Cənub Qaz Dəhlizinin uğuru Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyasının nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu geniş əməkdaşlıq formatının yaranmasında aparıcı qüvvə məhz Azərbaycan olmuşdur. Layihənin əsas resurs bazası Azərbaycan qazıdır. Təşəbbüs Azərbaycana məxsusdur və layihənin maliyyələşdirilməsində ölkəmizin investisiyaları mühüm rol oynamışdır.
Azərbaycan enerji sahəsində yalnız istehsalçı ölkə kimi deyil, həm də təşəbbüskar və investor ölkə kimi çıxış edir. Bu xüsusiyyət ölkəmizi bir çox enerji ixracatçılarından fərqləndirir. Azərbaycanın həyata keçirdiyi layihələr təkcə milli maraqlara deyil, regional və beynəlxalq maraqlara da xidmət edir. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələləri daha da aktuallaşmışdır. Müxtəlif geosiyasi hadisələr nəticəsində enerji təchizatının sabitliyi bir çox dövlətlər üçün strateji əhəmiyyət kəsb etməyə başlamışdır. Belə bir şəraitdə Azərbaycanın qaz təchizatçısı kimi rolu daha da artmışdır. Azərbaycan qazı Avropa bazarlarında mühüm alternativ enerji mənbəyi kimi qəbul edilir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində aparılan işlər də xüsusi əhəmiyyət daşıyır. Mövcud infrastrukturun gücləndirilməsi, yeni bazarların açılması və ixrac imkanlarının artırılması gələcək inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Bu tədbirlər Azərbaycanın enerji potensialının daha səmərəli istifadəsinə imkan yaradır. Enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, siyasi və strateji əhəmiyyətə də malikdir. Enerji layihələri dövlətlər arasında etimadın formalaşmasına, qarşılıqlı asılılığın yaranmasına və uzunmüddətli tərəfdaşlıqların qurulmasına şərait yaradır. Bu baxımdan Cənub Qaz Dəhlizi regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən vacib platformadır. Bakı Enerji Həftəsi də məhz bu əməkdaşlıq mühitinin inkişafına xidmət edən nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, enerji şirkətlərinin rəhbərləri, investorlar və ekspertlər Bakıda bir araya gələrək qlobal enerji gündəliyinin əsas məsələlərini müzakirə edirlər. Bu tədbir yeni tərəfdaşlıqların qurulması, investisiya layihələrinin təqdim olunması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Enerji Həftəsində aparılan müzakirələr, keçirilən görüşlər və irəli sürülən yeni təşəbbüslər gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradır. Burada əldə olunan razılaşmalar təkcə enerji sektoruna deyil, iqtisadiyyatın digər sahələrinə də müsbət təsir göstərir. Azərbaycan bu gün enerji təhlükəsizliyi sahəsində qlobal səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Ölkəmizin həyata keçirdiyi layihələr regional əməkdaşlığın inkişafına, enerji bazarlarında sabitliyin qorunmasına və iqtisadi tərəqqinin təmin olunmasına mühüm töhfələr verir. Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları Azərbaycanın beynəlxalq enerji sistemində strateji mövqeyini daha da möhkəmləndirmişdir. Bu layihə ölkəmizin siyasi iradəsinin, iqtisadi gücünün və beynəlxalq əməkdaşlıq potensialının parlaq nümunəsidir. Azərbaycanın qazının 16 ölkəyə çatdırılması yalnız iqtisadi nailiyyət deyil, həm də ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfənin göstəricisidir. Gələcək illərdə bu əməkdaşlıq formatının daha da genişlənəcəyi və Azərbaycanın enerji sahəsində lider mövqeyinin möhkəmlənəcəyi şübhə doğurmur.
Zərdab tayoni üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov























