Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədi ilə 19 noyabr 2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
Xeberaz.info xəbər verir ki, aksiyaya qoşulanlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” PHŞ-nin əməkdaşları tərəfindən lazımi müayinədən keçirildikdən sonra donorlardan qan götürülməsi həyata keçirilib. Aksiyada 200 nəfərdən çox rayon sakini iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.
Vüqar Rəhimov





















