image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20261120_102517

Yeni Azərbaycan Partiyası – Güclü Azərbaycanın siyasi dayağı!

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyası – Güclü Azərbaycanın siyasi dayağı!

Yeni Azərbaycan Partiyasının yaranması yalnız yeni siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, eyni zamanda, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi və xalqın gələcəyə inamının bərpası istiqamətində atılmış mühüm tarixi addım idi. Partiya qısa müddət ərzində cəmiyyətdə böyük nüfuz qazandı və geniş xalq kütlələrinin dəstəyini əldə etdi.Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verərək yeni siyasi partiyanın yaradılmasına razılıq verdi. Nəticədə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi və Ümummilli Liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. 1992-ci il noyabrın 21-i Azərbaycan xalqının siyasi tarixində mühüm və əlamətdar hadisə kimi yadda qalıb. Həmin gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi ölkənin mürəkkəb ictimai-siyasi şəraitində milli dövlətçilik maraqlarının müdafiəsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının yaranması xalqın arzu və istəyinin, milli maraqların qorunmasına yönəlmiş siyasi iradəsinin təzahürü idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişafının möhkəm təməli yaradıldı. Yeni Azərbaycan Partiyası da bu tarixi prosesdə aparıcı siyasi qüvvə kimi mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib, beynəlxalq mövqelərini möhkəmləndirib, iqtisadi və siyasi gücünü artırıb. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Yeni Azərbaycan Partiyasının siyasi tarixində də yeni mərhələ açıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Bu tarixi nailiyyət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir. Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını Ümummilli Lider Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı kimi strateji istiqamətlər təşkil edir. Bu prinsiplər partiyanın ideoloji əsaslarını müəyyənləşdirməklə yanaşı, Azərbaycanın uzunmüddətli inkişaf hədəflərinə də xidmət edir. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyinin inkişafı və milli maraqlarının qorunması ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü təkcə bir siyasi təşkilatın tarixinin qeyd olunması deyil, həm də Azərbaycan dövlətçiliyinin mühüm mərhələlərini, xalqımızın birlik və həmrəylik iradəsini xatırladan əlamətdar gündür. Bu gün partiyanın hər bir üzvü üçün Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına dəstək və Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi naminə məsuliyyətli fəaliyyət deməkdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki