image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bez-nazvaniya

Pambıqçılıq

image-legitimaz-810x90

Pambıqçılıq.

Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıq aqrar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa da, hazırda fermer təsərrüfatlarında da ildən-ilə pambıq istehsalının artırılmasına xüsusi fikir verilir.

Azərbaycan pambıçılığı əsrlərdir kənd təsərrüfatının aparıcı sahələrindən biridir. XIX əsrin əvvəllərində Gəncə, Göyçay, Ağdaş və Naxçıvanda kütləvi pambıq əkinləri aparılmış, Mil-Qarabağ, Muğan-Salyan və Şirvan bölgələri isə pambıqçılığın əsas istehsal zonalarına çevrilmişdir. Sovet dövründə pambıqçılıq Azərbaycanda ağ qızıl kimi dəyərləndirilirdi. 1979–1981-ci illərdə hektardan məhsuldarlıq 30 sentneri keçərək, 1981-ci ildə rekord səviyyəyə – 1 milyon ton pambıq tədarükünə çatdı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikada pambığın istehsalı 300 min ton idi, 1981-ci ildə isə bir milyon 15 min tona çatmışdır. Yəni, 10 il ərzində pambıq istehsalı 3 dəfədən çox artdı. Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra hər sahədə olduğu kimi, pambıqçılıq sahəsində də tənəzzül dövrü başlamışdır və bu, statistikada özünü göstərir. Artıq 1985-ci ildə Azərbaycanda pambıq istehsalı 1 milyon tondan 780 min tona düşmüşdür. Ondan sonra tənəzzül daha da sürətlə getmişdir. Qeyd etdiyim kimi, nəticədə, keçən il cəmi 35 min ton pambıq yığılmışdır ki, bu da ən aşağı göstəricidir. Müstəqillik illərində isə sahənin inkişafı dalğavari xarakter aldı. 1990-cı illərin iqtisadi çətinlikləri və 2000-ci illərdə prioritetlərin dəyişməsi nəticəsində pambıq istehsalı kəskin azaldı. 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkildi və 35 min ton məhsul tədarük olundu.Lakin dövlət dəstəyi və yeni subsidiyalarla 2016-cı ildən pambıqçılıq yenidən dirçəliş dövrünə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib. Azərbaycan hökuməti pambıqçılığın inkişafını prioritet sahələrdən biri elan etmiş, xüsusi proqramlar və subsidiyalar vasitəsilə bu sahəyə dəstəyi gücləndirmişdir. APİA və tərəfdaş qurumların fəaliyyəti nəticəsində pambıq sektorunun modernləşdirilməsi, texnoloji yeniliklərin tətbiqi və davamlılıq prinsiplərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. İndi dünyanın inkişaf etmiş ölkələrində müasir texnologiyalara keçid əlbəttə ki, əmək qüvvəsinə tələbatı azaldır. Bu, təbiidir, bu, texnoloji tərəqqidir. Ancaq bizim şirkətlər əlbəttə ki, sosial məsuliyyəti də hiss etməlidirlər. Ona görə, optimallaşma ilə paralel olaraq mütləq bu sosial məsələ diqqətdən kənarda qalmamalıdır. Əlbəttə ki, nə qədər çox insan bu işlərə cəlb edilərsə, o qədər də yaxşı olar. Mənə bəzi rəqəmlər təqdim olunur. Hesablamalar aparılıb ki, hər hektarda orta hesabla iki nəfər işləyə bilər. Bəziləri deyirlər ki, bu, çoxdur. Ancaq mən hesab edirəm ki, ilk növbədə burada sosial məsələ ön planda olmalıdır. Gələn il pambıqçılıq 100 mindən çox iş yerinin yaradılmasına gətirib çıxaracaq. Biz əkin sahələrini genişləndirdikcə bu rəqəm daha da artacaq. Əgər biz gələcəkdə 200 min hektarda pambıq əkəcəyiksə, bu, təqribən 350-400 min insanın işlə təmin edilməsi deməkdir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Hüseynova Yasəmən Ədalət qızı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki