image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1789540841234

Zərdabda kənd təsərrüfatının inkişafı ilə bağlı təsərrüfatlara baxış keçirilib

image-legitimaz-810x90

Zərdabda kənd təsərrüfatının inkişafı ilə bağlı təsərrüfatlara baxış keçirilib, Dövlət Proqramından irəli gələn məsələlər müzakirə olunub.

Xeberaz.info xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrası ilə bağlı Zərdab rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul əməkdaşı İzzət Talıbov, rayonda yaradılmış qərargah üzvləri Zərdabda fəaliyyət göstərən bir sıra kənd təsərrüfatı müəssisələri və fermer təsərrüfatlarında olublar.
“Kraun Ko-R” MMC və “Zərdab Aqro Klaster” MMC-də, eləcə də fermerlər Yadigar Mahmudov, Eldəniz Məmmədov, Əli Xələfzadə və Nurəhməd Mamedova məxsus təsərrüfatlarda istehsal prosesləri, təsərrüfatların fəaliyyət istiqamətləri və mövcud imkanlar nəzərdən keçirilib.
Aparılan baxışlar zamanı kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün mövcud resursların imkanları, məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyalardan istifadə, suvarma və torpaq ehtiyatlarının səmərəli idarə olunması ilə bağlı məsələlərə diqqət yetirilib. Təsərrüfat rəhbərləri və fermerlərlə aparılan söhbətlər zamanı onların fəaliyyətində qarşılaşdıqları məsələlər və gələcək inkişafla bağlı yanaşmaları öyrənilib.
Daha sonra Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrasına dair müzakirələr aparılıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə rayonun aqrar potensialının daha dolğun şəkildə reallaşdırılmasının vacibliyini qeyd edib. Bildirib ki, kənd təsərrüfatında istehsalın artırılması ilə yanaşı, təsərrüfatların texniki və texnoloji imkanlarının gücləndirilməsi, resurslardan qənaətlə istifadə və müasir idarəetmə üsullarının tətbiqi aqrar sahənin davamlı inkişafına mühüm töhfə verə bilər.
RİH başçısı rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin fəaliyyətinin dəstəklənməsinin, onların mövcud dövlət mexanizmlərindən düzgün və səmərəli istifadə etməsinin, həmçinin təsərrüfatların inkişafına mane olan məsələlərin aidiyyəti üzrə həllinin diqqətdə saxlanılmasının önəmli olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov Dövlət Proqramının aqrar sahə qarşısında müəyyən etdiyi əsas hədəflərdən danışıb. Kənd təsərrüfatında məhsuldarlığın artırılması, innovativ həllərin tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Müzakirələrdə fermer və sahibkarların müraciət və təklifləri dinlənilib.
Yekunda Dövlət Proqramının Zərdab rayonunda icrasının səmərəliliyinin artırılması, aqrar sahə üzrə nəzərdə tutulan tədbirlərin ardıcıl və keyfiyyətli şəkildə reallaşdırılması, mövcud imkanlardan daha geniş istifadə olunması və qarşıya qoyulmuş hədəflərin reallaşması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilib.

image-fb_img_1789540831894 image-fb_img_1789540835056 image-fb_img_1789540838515 image-fb_img_1789540841234 image-fb_img_1789540843899 image-fb_img_1789540846621 image-fb_img_1789540849083 image-fb_img_1789540851355 image-fb_img_1789540853730 image-fb_img_1789540856087 image-fb_img_1789540858775 image-fb_img_1789540861630 image-fb_img_1789540863965 image-fb_img_1789540866081 image-fb_img_1789540868574 image-fb_img_1789540871401


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki