Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini daim vurğulayır. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən olan bu mövqe ölkəmizin beynəlxalq münasibətlərdə etibarlı və prinsipial tərəfdaş kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlərdə də qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və bir-birinin milli maraqlarına hörmət əsas prinsiplər kimi çıxış edir. Dövlətlərimiz arasında yüksək səviyyəli siyasi dialoq qarşılıqlı etimadın və qardaşlıq münasibətlərinin mühüm göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüşlər və aparılan danışıqlar iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Davamlı siyasi təmaslar mövcud əməkdaşlıq sahələrini qiymətləndirməyə, yeni imkanları müəyyən etməyə və gələcək üçün ümumi prioritetləri formalaşdırmağa imkan verir. Dövlət başçıları arasında əldə olunan razılaşmalar sonrakı mərhələdə müxtəlif dövlət qurumları, iqtisadi strukturlar, elm və təhsil müəssisələri, mədəniyyət təşkilatları və ictimai qurumlar arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır. Beləliklə, yüksək səviyyəli siyasi dialoq konkret nəticələrə çevrilir və ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafını stimullaşdırır.
Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlərin möhkəmlənməsi regional təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı etimad və siyasi koordinasiya regionda ümumi maraqların qorunmasına, mövcud çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılmasına və sabitliyin gücləndirilməsinə imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlmiş siyasəti ölkəmizin konstruktiv və prinsipial mövqeyini nümayiş etdirir. Azərbaycan dövləti bütün məsələlərin qarşılıqlı hörmət, siyasi dialoq və əməkdaşlıq yolu ilə həllinə üstünlük verir. Bu siyasət həm qonşu dövlətlərlə, həm də dost və qardaş ölkələrlə münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradır. Özbəkistanla əlaqələrin dinamik inkişafı da Azərbaycanın həyata keçirdiyi bu ardıcıl və nəticəyönümlü xarici siyasətin mühüm nümunələrindən biridir. Azərbaycan ilə Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyədə olması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin mühüm nəticələrindən biridir. Qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu əməkdaşlıq, ortaq maraqlar və qardaşlıq prinsipləri üzərində qurulan münasibətlər iki dövlət arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


























