image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Ermənistanın qeyri-səmimiliyi

image-legitimaz-810x90

Bir ölkənin həqiqi niyyəti yalnız verdiyi bəyanatlarla deyil, atdığı addımlarla da müəyyən olunur. Son dövrdə Ermənistan tərəfindən sülh və normallaşma ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə bəzi erməni dairələrinin göstərdiyi münasibət bu yanaşmanın səmimiliyi ilə bağlı ciddi suallar yaradır. Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədə gedən prosesləri yerində görmək baxımından mühüm hadisədir. Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olur, yeni salınan şəhər və kəndləri, yolları, infrastrukturu və digər layihələri görürlər. Bu, bölgədəki real vəziyyət haqqında birbaşa təsəvvür yaratmağa imkan verir. Lakin belə bir səfərin bəzi erməni revanşist qüvvələri tərəfindən narazılıqla qarşılanması diqqətdən yayınmır. Ermənistanın müəyyən siyasi dairələri və radikal qrupları diplomatların səfərini müxtəlif bəhanələrlə tənqid edir, bölgədəki yeni reallığı qəbul etmədiklərini nümayiş etdirirlər. Bu münasibət Ermənistanın sülh prosesində nə dərəcədə səmimi olduğunu düşünməyə əsas verir. Əgər bir tərəfdən sülhdən, regionda sabitlikdən və münasibətlərin normallaşmasından danışılırsa, digər tərəfdən Azərbaycanın öz ərazisində həyata keçirdiyi layihələrə və xarici diplomatların bu proseslə tanış olmasına qarşı çıxılırsa, burada açıq ziddiyyət yaranır.

Diplomatların səfərinə etiraz edən revanşist qüvvələrin mövqeyi həm də keçmişlə bağlı düşüncələrin hələ də müəyyən dairələrdə güclü olduğunu göstərir. Bu qüvvələr yeni reallığı qəbul etmək əvəzinə keçmiş münaqişəni yenidən gündəmə gətirməyə çalışırlar. Halbuki regionda davamlı sülhün əldə olunması üçün ilk növbədə köhnə düşmənçilik düşüncəsindən uzaqlaşmaq lazımdır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanlar öz yurdlarına qayıdır, yeni yaşayış məntəqələri salınır, yollar və digər infrastruktur obyektləri inşa edilir. Xarici diplomatların bu prosesləri öz gözləri ilə görməsi Azərbaycan üçün olduğu qədər beynəlxalq ictimaiyyət üçün də əhəmiyyətlidir. Əgər Ermənistan həqiqətən regionda sülhün və sabitliyin tərəfdarıdırsa, belə səfərlərə normal münasibət göstərməli, qarşıdurma yaradan açıqlamalardan çəkinməlidir. Çünki sülh yalnız sənədlərin imzalanması ilə deyil, həm də qarşı tərəfin mövcud reallıqlarına hörmətlə yanaşmaqla mümkündür.

Erməni revanşist qüvvələrin diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyası isə göstərir ki, Ermənistan cəmiyyətində hələ də revanşist düşüncələr mövcuddur. Bu vəziyyət Ermənistanın sülh çağırışlarının səmimiliyinə kölgə salır. Bu gün Cənubi Qafqazın qarşısında iki yol dayanır: keçmişin düşmənçiliklərini davam etdirmək və ya yeni səhifə açmaq. Region xalqlarının marağı ikinci yolun seçilməsindədir. Bunun üçün isə ilk növbədə qeyri-səmimi mövqelərdən, revanşist çağırışlardan və qarşıdurma yaradan ritorikadan imtina edilməlidir. Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərdi ki, bölgədə yeni reallıq formalaşıb. Bu reallığı qəbul etmək və gələcəyə baxmaq əvəzinə ona qarşı çıxmaq isə yalnız Ermənistanın sülh prosesinə münasibəti barədə əlavə suallar yaradır.

 

Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal -Ziya Tağızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki