image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-rusiya-yangin

Ukraynanın zərbələri Rusiyanı yanacaqsız qoyacaq

image-legitimaz-810x90

Ukraynanın rekord sayda zərbələri səbəbindən Rusiya yanacaqsız qala bilər.

Xeberaz.info xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“May ayında Ukrayna Rusiyanın ən böyük 10 neft emalı zavodundan səkkizinə hücum etdi. Neft emalı gücü gündə 4,58 milyon barrelə düşüb ki, bu da 2009-cu ilin oktyabr ayından bəri ən aşağı göstəricidir.

Neft emalı zavodlarının bağlanması və istehsal gücünün azaldılması səbəbindən analitiklər daha da azalma gözləyirlər. Kreml problemi inkar edir, lakin Rusiya artıq yanacaq satışını məhdudlaşdırmağa başlayıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, artıq dünəndən etibarən Krım və Sevastopolda Aİ-92 və Aİ-95 markalı benzin talonla satılmağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki