image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17918804465672121768_1200x630

Laos bizim üçün dost ölkədir

image-legitimaz-810x90

Laos ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətləri və 30 ildən artıq davam edən diplomatik əlaqələr iki ölkənin qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan tərəfdaşlığının bariz nümunəsidir. Bu münasibətlər illər ərzində inkişaf edərək siyasi dialoqun möhkəmlənməsinə və qarşılıqlı əlaqələrin genişlənməsinə zəmin yaratmışdır.

Laos Prezidentinin Azərbaycana rəsmi səfəri və ayın 15-də keçiriləcək Zirvə görüşündə iştirakı iki ölkə arasındakı dostluğun və əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına, Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparılmasına töhfə verir.

Diqqətəlayiq məqamlardan biri də Laos Prezidentinin ötən əsrin 80-ci illərində Azərbaycanda olmasıdır. Bununla belə, hazırkı səfər Laos Prezidentinin ölkəmizə ilk rəsmi səfəri kimi tarixə düşür. Bu hadisə Azərbaycan-Laos münasibətlərinin yeni mərhələyə qədəm qoyması və gələcək əməkdaşlıq üçün əlavə imkanların yaranması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan və Laos arasında dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanlar mövcuddur. Qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər xalqlarımız arasında əlaqələrin dərinləşməsinə, həmçinin iki ölkənin beynəlxalq platformalarda əməkdaşlığının inkişafına xidmət edir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, gənc fəal

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki