image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-4674925086ac7e3

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı

image-legitimaz-810x90

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı

 

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyi ölkəmizin dövlətçilik tarixində mühüm əlamətdar hadisə olmaqla, müstəqil dövlət quruculuğunun hüquqi əsaslarının formalaşdırılması, konstitusion dəyərlərin qorunması və hüquqi dövlət prinsiplərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdı. Bu əlamətdar yubileyin qeyd olunması, Əsas Qanunun hazırlanmasında və təkmilləşdirilməsində, ölkəmizdə qanunvericilik və hüquq sisteminin inkişafında, konstitusion quruluşun möhkəmləndirilməsində xidmətləri olan şəxslərin əməyinin qiymətləndirilməsi məqsədilə Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 10 oktyabr tarixli Qanunla “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir.

Yubiley medalının təsis edilməsi Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı müstəsna roluna verilən yüksək qiymətin, konstitusion ənənələrin qorunmasına və inkişafına göstərilən diqqətin ifadəsidir. Bu təşəbbüs, eyni zamanda, müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğuna töhfə vermiş, milli qanunvericilik sisteminin formalaşmasında iştirak etmiş və konstitusion prinsiplərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərmiş şəxslərin xidmətlərinin tanınmasına xidmət edir. Medalın təsis olunması Konstitusiyanın 30 illik yubileyinin yalnız tarixi hadisə kimi deyil, həm də hüquqi və dövlətçilik dəyərlərinin təbliği baxımından əhəmiyyətini artırdı. Yubiley medalı Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulmuşdur. Bu meyarlar medalın hüquqi mahiyyətini və onun dövlətçilik tariximizdə daşıdığı ictimai əhəmiyyəti müəyyən etdi.

Medalın təsis edilməsi, xüsusilə, Konstitusiyanın aliliyinin təmin olunmasında hüquqşünasların, dövlət qulluqçularının, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələrinin, elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin və digər mütəxəssislərin xidmətlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, eyni zamanda, konstitusion hüququn inkişafına, hüquqi maarifləndirmənin genişləndirilməsinə və cəmiyyətdə qanuna hörmət mədəniyyətinin möhkəmləndirilməsinə töhfə verən fəaliyyətin təşviq olunmasına imkan yaratdı. Azərbaycan Respublikasının Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş bu medalın təsis edilməsi dövlətçilik ənənələrimizin davamlılığını, müstəqil Azərbaycanın hüquqi əsaslarının möhkəmləndirilməsinə verilən önəmi və konstitusion dəyərlərə ehtiramı nümayiş etdirdi.

 

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki