image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-bayraq

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

image-legitimaz-810x90

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

Azərbaycan Respublikasının dövlət rəmzləri – Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni müstəqilliyimizin, suverenliyimizin, milli kimliyimizin və dövlətçilik ənənələrimizin əsas atributlarıdır. Bu rəmzlər xalqımızın tarixi keçmişini, milli-mənəvi dəyərlərini və müstəqil dövlət quruculuğu iradəsini özündə əks etdirir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Dövlət rəmzlərinə hörmət yalnız konstitusion vəzifə deyil, həm də hər bir vətəndaşın milli-mənəvi məsuliyyətinin göstəricisidir. Dövlət Bayrağının uca tutulması, onun müəyyən edilmiş qaydalara uyğun qorunması, Dövlət Himninə ehtiram göstərilməsi və Dövlət Gerbinə hörmətlə yanaşılması vətəndaşlıq mədəniyyətinin mühüm tərkib hissəsidir. Bu dəyərlərin cəmiyyətdə möhkəmləndirilməsi, xüsusilə gənc nəslə aşılanması milli dövlətçilik ənənələrinin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət rəmzlərinin hər biri özünəməxsus tarixi və mənəvi məna daşıyır. Dövlət Bayrağımız milli kimliyimizi və müstəqilliyimizi, Dövlət Gerbimiz xalqımızın tarixi-mədəni irsini və dövlətçilik ənənələrini, Dövlət Himnimiz isə vətənə bağlılığı, azadlıq və müstəqillik ideallarını təcəssüm etdirir. Bu atributlara göstərilən ehtiram Azərbaycan dövlətinə və onun suverenliyinə olan hörmətin ifadəsidir.

Dövlət rəmzlərinə münasibət vətəndaşların hüquqi mədəniyyətinin və vətənpərvərlik ruhunun mühüm göstəricilərindən biridir. Təhsil müəssisələrində, dövlət və ictimai tədbirlərdə, rəsmi mərasimlərdə dövlət atributlarından istifadə zamanı müəyyən edilmiş qaydalara riayət olunması, onların məna və mahiyyətinin izah edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri gənc nəslin dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə xidmət edir. Müasir Azərbaycan cəmiyyətində dövlət rəmzlərinə hörmətin qorunması və təbliği ümumi vətəndaş məsuliyyətinin mühüm istiqamətlərindəndir. Hər bir şəxs gündəlik fəaliyyətində, ictimai davranışında və dövlət atributlarına münasibətində qanunvericiliyin tələblərinə əməl etməli, milli rəmzlərimizin nüfuzunun qorunmasına töhfə verməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin hüquqi məsuliyyət yaratması bu sahədə qanunçuluğun və ictimai intizamın təmin edilməsinin vacibliyini göstərir.

Dövlət rəmzlərinin qorunması və onlara ehtiram göstərilməsi milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik şüurunun inkişafı və tarixi irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə üçrəngli Dövlət Bayrağımızın hər bir vətəndaş tərəfindən milli qürur və müstəqillik rəmzi kimi qəbul edilməsi, onun tarixinin və ideoloji mahiyyətinin gənclərə çatdırılması vacibdir.

Dövlət Bayrağımıza, Dövlət Gerbimizə və Himnimizə hörmət xalqımızın milli birliyinə, müstəqilliyinə və suverenliyinə hörmət deməkdir. Dövlət rəmzlərinin ucalığının qorunması, onların gələcək nəsillərə milli qürur mənbəyi kimi ötürülməsi ümumxalq məsuliyyətidir. Hər bir vətəndaş dövlət atributlarına ehtiramı ilə Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və dövlətçilik dəyərlərinə sədaqətini nümayiş etdirməlidir.

 

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki