image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d8c490131b924b1cffdef15d6caacb4a

Tehran və İrəvandan “Tramp yolu”na HƏMLƏ – REAKSİYA

image-legitimaz-810x90

Ermənistan-İran logistika dəhlizinin yaradılması TRIPP layihəsi üçün əks-tarazlayıcı amil kimi çıxış edə və Ermənistanın regiondakı rolunu artıra bilər. “Bakı-Xəbər” yazır ki, bunu erməni politoloq və regional təhlükəsizlik üzrə ekspert Ara Poqosyan bildirib. Bu yaxınlarda İranın ingilisdilli “Financial Tribune” nəşri “Fürsət dəhlizi: İran və Ermənistan regional ticarət üçün yeni yol açır” adlı məqalə dərc edib. Məqalədə Tehranın Ermənistanı əsas tranzit arteriyasına çevirmək üçün iddialı planları təsvir olunub.

Bu, həm ənənəvi logistikaya (Fars körfəzi-Qara dəniz dəhlizi), həm də qlobal enerji layihələrinə aiddir. Ekspertin fikrincə, İrandan Ermənistana keçən marşrutun iki ölkənin praktik logistika siyasətinə daxil edilməsi Tehranın “Tramp marşrutu”ndan qaynaqlanan İran tərəfi üçün potensial risklərlə bağlı narahatlıqlarını aradan qaldıracaq: “Əgər söhbət yeni — gəlin buna “alternativ” deyək — dəhliz yaratmaqdan gedirsə, İranın logistika və iqtisadi potensialı, eləcə də Fars körfəzi ölkələrində yük daşımalarında iştirakı nəzərə alınmaqla, Ermənistanın rolu xeyli artacaq. Bu cür layihələr həm İran, həm də Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Ermənistan-İran logistika dəhlizinin yaradılması — istər balanslaşdırıcı amil, istərsə də əks çəki kimi — İranın təhlükə kimi gördüyü TRIPP layihəsinə real alternativ olardı”.

Bəs ekspert nə dərəcədə haqlıdır? Bu layihəni “Tramp yolu”na alternativ saymaq olarmı?

Oqtay Qasımov: Gürcüstan–Aİ münasibətlərində gərginlik davam edəcək

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Ermənistan cəmiyyətində özünü ekspert adlandıran bir çox şəxslər qeyri-real iddialarla çıxış edirlər: “Adını çəkdiyiniz bu ekspert də həmin kateqoriyaya aid olanlardandır. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi-TRIPP layihəsi tamamən fərqli bir şeydir, Ermənistanı İranla birləşdirəcək kommunikasiya xətti isə fərqlidir. Heç bir zaman İran və Ermənistan arasında işlənən kommunikasiya xətti TRIPP layihəsini əvəz edə bilməz. Zəngəzur dəhlizi Orta Dəhlizin əsas elementlərindən biridir və buradan daşınacaq yüklərin 15 milyon tona yaxın olacağı nəzərdə tutulur. Amma İranı Ermənistanla bağlayacaq və yüksək dağlıq ərazilərdən, sərt relyefi olan ərazidən keçib Bəsrə körfəzindən Qara dənizə gedən xətt heç vaxt Zəngəzur dəhlizini əvəz edə bilməz. Nəzərə almaq lazımdır ki, Hindistan, İran və Ermənistan arasında uzun illərdən bəri müzakirə oluna bu layihə hələ də gerçəkləşməyib və gerçəkləşməsi, rentabelliyi sual altındadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki